Avqust Yoxmus
Avqust Yoxmus | |
---|---|
alm. August Giacomo Jochmus | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral 1808 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1881 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | alman |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müqəddəs Roma imperiyası |
Qoşun növü | quru qoşunları, donnanma |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Avqust Cakomo Yoxmus (alm. August Giacomo Jochmus;27 fevral 1808, Hamburq – 14 sentyabr 1881, Bamberq) — Almaniya hərbi və siyasi xadimi. Avstriya imperiyası leytenant feldmarşalı və Almaniya ittifaqının naziri. O, həyatını yunan, ingilis, ispan və osmanlı dövlətlərinə hərbi xidmətdə keçirib, 1849-cu ildə Almaniya ittifaqının Frankfurt Parlamentində qısa müddət xarici işlər naziri və Hərbi Dəniz Qüvvələri naziri olub və Avstriya leytenantı feldmarşalı kimi karyerasını başa vurub.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Avqust Yoxmus XIX əsrdə müxtəlif xarici ölkələrin ordusunda xidmət edən və karyerasının sonunda Avstriya ordusunda general rütbəsinə yüksələn, lakin praktiki olaraq artıq orada xidmət etməyən bir qəribə hərbçi taleyinə malikdir.
Əvvəlcə o, ticarətlə məşğul olub, daha sonra Parisdə hərbi elmə yiyələnib. 1827-ci ildə, 19 yaşında Yunanıstana getmiş və burada general Riçard Kurçun adyutantı kimi yunanların Osmanlı imperiyasına qarşı üsyanında iştirak edib. O, 20 yaşında kapitan olub, sonra Yunanıstan Müharibə Nazirliyində baş qərargah zabiti vəzifəsində çalışıb.
Milli Partiyanın daimi intriqalarından qəzəblənən Yoxmus 1835-ci ildə İngiltərəyə yola düşür. Oradan o, ingilis-ispan Xarici Legionu ilə birlikdə İspaniyaya gedir. Burada Yoxmus İspaniya kraliçası II İzabellanın hüquqları uğrunda mübarizə aparıb. Xarici Legionda qərargah rəisi təyin edilmiş, 1837-ci ildə briqada generalı və nəhayət, ordu korpusunun rəisi vəzifəsinə yüksəlmişdir.
İspaniyada vətəndaş müharibəsi başa çatdıqdan sonra 1838-ci ildə İngiltərəyə qayıtdı. Oradan da Lord Palmerston tezliklə onu Suriyada Kavalalı Mehmed Əli Paşaya qarşı müharibəyə hazırlaşmaq üçün İstanbula göndərdi. 1840-1841-ci illərdə İkinci Osmanlı-Misir müharibəsi zamanı fəaliyyət göstərən osmanlı korpusunun rəhbəri kimi və osmanlı-ingilis-Avstriya birləşmiş ordularının qərargah rəisi vəzifəsində çalışmışdır. 1840-cı ilin dekabrında Osmanlı ordusunun ali komandanlığını öz üzərinə götürdü və 1841-ci ilin fevralında kampaniya başa çatdıqdan sonra Türkiyə Hərbi Nazirliyində işə düzəldi. Türk Diviziya generalı və iki at quyruğu ilə Paşa təyin edilmişdir. 1848-ci ilə qədər Türkiyə Hərbi Nazirliyində xidmət etdi.
1848-ci il inqilabları Yoxmusun Almaniyaya qayıtmasına səbəb oldu və burada Avstriya imperator vikarı Herqersoq Avstriyalı Yoxan onu Xarici İşlər və Dəniz Qüvvələri naziri təyin etdi. Herqersoq Avstriyalı Yoxanın istefasından və 1849-cu ilin dekabrında Reyx Nazirliyinin ləğvindən sonra Yoxmus hərbi işlərdən uzaqlaşdı.
Nəhayət o, Avstriyada məskunlaşdı, burada oğlu Karlos (1842-1914) Haynburqdakı kadet məktəbində və Tereziya Hərbi Akademiyasında təhsil aldı. Əvvəlcə Avstriya ordusuna qəbul olunmaq üçün boşuna cəhd etdi. 1859-cu ildə Yoxmus Avstriya hökuməti tərəfindən müharibədə istifadə üçün təyin edildi, lakin o, artıq aktiv hərbi fəaliyyətdə deyildi. Villafranka ilə barışıqdan sonra imperator onu “Kotinyola” titulu ilə baron statusuna yüksəltdi. 1866-cı ildə o, leytenant-feldmarşal rütbəsini almağa müvəffəq oldu. Prussiya ilə müharibənin tez başa çatması səbəbindən o, artıq müharibədə xidmət edə bilmədi.
1853-1855-ci və 1870-1871-ci illərdə dünya səyahətinə çıxdı.[2]
Avqust Yoxmus, əsasən siyasi və coğrafi məzmunlu bir sıra əsərləri, həmçinin "Suriya müharibəsi və 1840-cı ildən sonra Osmanlı imperiyasının tənəzzülü" (alm. «Der syrische Krieg und der Verfall des Osmanenreichs seit 1840»; Frankfurt, 1856) və "Gesammelte Sşriften" (başqa məsələlərlə yanaşı, Hersoq Yoxan ilə yazışmalar) nəşr edilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Adelslexikon, abgerufen am 31. März 2021
- ↑ General Jochmus, ehemaliger Reichsminister unter Erzherzog Johann (Biographie). In: Didaskalia: Blätter für Geist, Gemüth und Publizität. 27. Februar 1856, Jg. 34, Nr. 50
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Georg Martin Thomas (Hrsg.): August von Jochmus’ Gesammelte Schriften. 4 Bände. Cohn, Berlin 1883-84
- Oscar Criste: August Freiherr Jochmus von Cotignola. In: Allgemeine Deutsche Biographie (ADB). Band 50, Duncker & Humblot, Leipzig 1905, p. 745 f.
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- 27 fevralda doğulanlar
- 1808-ci ildə doğulanlar
- Hamburqda doğulanlar
- 14 sentyabrda vəfat edənlər
- 1881-ci ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- "Müqəddəs Anna" ordeni kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Avstriyanın xarici işlər nazirləri
- Almaniya siyasətçiləri
- Almaniya hərbçiləri
- Osmanlı paşaları