Bakı–Tbilisi–Ərzurum boru xətti

Vikipediya, azad ensiklopediya
(Bakı-Tbilisi-Ərzurum Boru Xətti səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Bakı-Tbilisi-Ərzurum Boru Xətti
Ümumi məlumatlar
Tipi təbii qaz kəməri
Başlayır Bakı (Səngəçal terminalı), Azərbaycan
Bitir Ərzurum, Türkiyə
İstismara verilib 2006-cı il
Operatoru BP
Tərəfdaşlar BP (28.8%)
SOCAR (16.7%)
Statoil (15.5%)
LUKoyl (10%)
Total (10%)
Naftiran Intertrade (10%)
Türkiye Petrolleri Anonim Ortaklığı (9%)
Uzunluğu 692 km
Diametri 42
Ötürücülüyü 25 milyard m³/il
Yerləşməsi
Ölkələr
Bakı–Tbilisi–Ərzurum boru xətti (Azərbaycan)
Sanqaçal
Ərzurum
Kəmərin başı və sonu xəritədə:

40°10′10″ şm. e. 49°27′30″ ş. u.HGYO

39°54′31″ şm. e. 41°16′37″ ş. u.HGYO

Bakı-Tbilisi-Ərzurum Boru XəttiXəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür[1].

Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.

2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb.[2] 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.[3]

  1. "Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri". 2012-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
  2. "Bakı-Tbilisi-Ərzurum qaz kəməri partladıldı". 2012-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-05.
  3. "Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli bərpa edilib - 03.09.2015". 2015-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.