Birləşmiş Krallıq universitetlərinin siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kembric Universitetinin Triniti Kolleci

Birləşmiş Krallıq universitetlərinin siyahısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı.

Birləşmiş Krallıqdakı universitetlərin fəaliyyətə başlaması ümumən kral imtiyaznaməsi, Roma papasının rəsmi razılığı, 1992-ci ildə qəbul olunmuş "Əlavə və ali təhsil qanunu", o cümlədən 2017-ci ildə qəbul olunmuş "Ali Təhsil və araşdırma qanunu" çərçivəsində mümkün olmuşdur. Elmi dərəcələrin verilməsi və rəsmən "universitet" adının istifadəsi kimi səlahiyyətlər mərkəzi qanunla tənzimlənsə də, Birləşmiş Krallığın hüdudları daxilindəki subyektlərin sözügedən dərəcə və adın verilməsi üçün spesifik tələbləri də mövcuddur.

İndiki Birləşmiş Krallıq ərazisində ilk universitetin əsası XI-XII əsrlərdə İngiltərədə Oksford Universitetinin qurulması ilə qoyulmuşdur. Ardınca, Oksford Universitetini tərk etmiş bir sıra elm xadimləri 1209-cu ildə Kembric Universitetini formalaşdırmışlar. Sonrakı dövrlərdə, Şotlandiyada Sent-Endryus (1413), Qlazqo (1451), Aberdin (1495) və Edinburq (1582) Universitetləri, İrlandiyada isə Dublin Universiteti (1592) təşəkkül tapmışdır.

Diplom vermə səlahiyyətləri olan qurumlar bir növ dövlət tərəfindən akkreditasiya olunduğu üçün "tanınan orqanlar" adlanır. Sözügedən siyahıya bütün universitetlər, universitet kollecləri, London Universitetinin subyektləri və digər statuslu ali təhsil müəssisələri daxildir. Birləşmiş Krallıqda fəaliyyət göstərən demək olar ki, bütün ali təhsil qurumlarında bakalavriat dərəcəsi üzrə tələbə müraciətləri "Universitetlər və Kolleclərə Qəbul Xidməti" (ing. UCAS) tərəfindən idarə olunur.

Birləşmiş Krallıqda ali təhsil təmin edən təşkilatlar üçün təmsilçi orqanlar "Birləşmiş Krallıq Universitetləri" və "GuildHE"dir. Müvafiq sahə üzrə tənzimləyici məsul orqan Təhsil Departamentidir.

Erkən tarix və orta əsrlər

[redaktə | vikimətni redaktə et]
Avropanın orta əsrlərdə universitet xəritəsi

Avropada universitet bir qurum olaraq, tarixən orta əsrlər cəmiyyətlərində meydana çıxmış elmi ehtiyacların fonunda təşəkkül tapmışdır. İlk dövrlərdə daha çox ruhani sima daşıyan bu qurumlar ümumi ictimai-siyasi və sosial proseslərdən təsirlənmiş və zaman-zaman onlara təsir edərək cəmiyyətləri istiqamətləndirmişdir. Avropada universitetlərin yayılma diapazonu ilk növbədə, XII əsrdə cənubi və qərbi Avropanı əhatə etmişdir. XIV və XV əsrlərdən başlayaraq isə ali təhsilin instutsional formada təklif olunması Avropanın şimalda və şərqdə yerləşən bölgələrinə də sirayət etməyə başlamışdır.

İndiki Böyük Britaniya ərazisində isə ilk ali təhsil müəssisəsinin formalaşması XI-XII əsrdə Oksford Universitetində təhsilə start verilməsi ilə baş vermişdir. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir. 1209-cu ildə isə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik Kembric Universitetinin, yəni indiki Böyük Britaniyanın ikinci ən qədim ali təhsil müəssisəsinin əsasını qoymuşdur.

İngiltərə krallığında qurulan universitetləri Şotlandiya krallığında ard-arda qurulan universitetlər təqib etmişdir. Roma papasının rəsmi razılığı əsasında 1413-cü ildə Sent-Endryus Universiteti, 1451-ci ildə Qlazqo Universiteti, sonradan Aberdin Universiteti adı altında təmərküzləşən Aberdin Kral Kolleci (1495) və Marişal Kolleci (1593) fəaliyyətə başlamışdır. Şotlandiyada Edinburq Universiteti və İrlandiyada Dublin Universiteti sələflərindən fərqli olaraq Roma papasının razılığı əsasında deyil, birbaşa kral imtiyaznaməsi ilə təsis olunmuşlar.

Feodal era və Sənayə inqilabı

[redaktə | vikimətni redaktə et]
Qlazqo Universitetinin Qilmorhil kampusu XIX əsrdə

II Dünya müharibəsindən sonrakı dövr

[redaktə | vikimətni redaktə et]

Qədim universitetlər

[redaktə | vikimətni redaktə et]
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1096
Oksford Universiteti
İngiltərə İngiltərə krallığı
Oksford, İngiltərə
Ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını göstərən dəqiq tarix yoxdur. Lakin 1096-cı ildə artıq burada tədris prosesi pərakəndə də olsa gedirdi. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir.
1209
Kembric Universiteti
İngiltərə İngiltərə krallığı
Kembric, İngiltərə
1209-cu ildə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik tərəfindən formalaşdırılmışdır.
1413
Sent-Endryus Universiteti
Şotlandiya Şotlandiya krallığı
Sent-Endryus, Şotlandiya
Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır.
1451
Qlazqo Universiteti
Şotlandiya Şotlandiya krallığı
Qlazqo, Şotlandiya
Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur.[1] Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur.[2]
1495
Aberdin Universiteti
Şotlandiya Şotlandiya krallığı
Aberdin, Şotlandiya
Aberdin Kral Kolleci 1495-ci ildə, Marişal Kolleci isə 1593 Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır. İki qurum 1860-cı ildə birləşdirilmişdir.
1582
Edinburq Universiteti
Şotlandiya Şotlandiya krallığı
Edinburq, Şotlandiya
VI Ceyms tərəfindən verilmiş kral imtiyaznaməsi ilə fəaliyyətə başlamışdır.
1592
Dublin Universiteti
İrlandiya İrlandiya krallığı
Dublin, İrlandiya
I Yelizaveta tərəfindən verilmiş imtiyaznamə ilə fəaliyyətə başlamışdır.

London Universiteti

[redaktə | vikimətni redaktə et]
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1823 Birkbek Kolleci Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1823-cü ildə London Mexanika İnstitutu olaraq fəaliyyətə başlayan ali təhsil müəssisəsi, 1866-cı ildə Birkbeck Ədəbiyyat və Elm Təşkilatı, 1907-ci ildə isə Birkbek Kolleci olaraq yenidən qurulmuşdur.

1920-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.

1894 London Şəhər Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 2016-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1932 Kurto İncəsənət İnstitutu Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1932-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1891 Qoldsmits Kolleci Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1904-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1909 Xərçəng Tədqiqatları İnstitutu Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1829 London Kral Kolleci Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1964 London Biznes Məktəbi Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1964-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1895 London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1899 London Gigiyena və Tropik Tibb Məktəbi Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1924-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1882 London Şahzadə Meri Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1822 Kral Musiqi Akademiyası Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1906 Kral Mərkəzi Nitq və Dram Məktəbi Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 2005-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1849 Royal Hollovey və Bedford Yeni Kolleci Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1791 Kral Baytarlıq Kolleci Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1916 Şərq və Afrika Araşdırmaları Məktəbi (SOAS) Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1916-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1733 Sent-George Xəstəxanası Tibb Məktəbi Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1838-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1836 London Universitet Kolleci Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə 1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.

Londondakı digər universitetlər

[redaktə | vikimətni redaktə et]
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1907 London İmperial Kolleci Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1908-ci ildən London Universiteti nəzdnində elmi bir subyekt kimi fəaliyyət göstərən ali məktəb, 2007-ci ildə sözügedən qurumun ayrılaraq müstəqil universitet statusu almışdır.
1798 London Brunel Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1932 Kinqston Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1891 London Metropolitan Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1892 London Cənubi Bank Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1992 Middlseks Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1850 Tvikenhem Sent Meris Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1892 Şərqi London Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1890 Qrinviç Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1841 Rohempton Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1986 London İncəsənət Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1860 Qərbi London Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1838 Vestminster Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə

"Qırmızı kərpic" universitetləri

[redaktə | vikimətni redaktə et]
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1880 Viktoriya Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Mançester, İngiltərə
Viktoriya Universiteti Mançester, Lids və Liverpul şəhərlərində kollecləri olan federal bir universitet idi. Nəzdnində fəaliyyət göstərən bütün kolleclər müstəqil universitet statusu aldıqları üçün 1903-cü ildə ləğv edildi.

Beləliklə, sözügedən universitetin bazasında 1903-cü ildə Liverpool Universiteti, 1904-cü ildə Lids Universiteti və ardınca Mançester Viktoria Universiteti yarandı.

1900 Birminhem Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Birminhem, İngiltərə Kral imtiyaznaməsi ilə universitet statusu verilən ilk "qırmızı kərpic" universitetidir.
1903 Liverpul Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Liverpul, Şotlandiya Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1903-cü ildə müstəqil universitet statusu almışdır.
1903 Mançester Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Mançester, İngiltərə Viktoriya Universitetinin subyektlərindən biri kimi fəaliyyət göstərən ali təhsil müəssisəsi sözügedən təhsil qurumunun ləğvindən sonra Mançester Viktoriya Universiteti kimi yenidən formalaşdırıldı və 1903-cü ildə kral nizamnaməsi alaraq müstəqil universitet statusuna sahib oldu.


2004-cu ilə kimi fəaliyyətini Mançester Viktoriya Universiteti olaraq davam etdirən ali təhsil müəssisəsi, həmin tarixdə Mançester Elm və Texnologiya İnstitutu ilə birləşərək, rəsmən Mançester Universiteti adlandı.

1904 Lids Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Lids, İngiltərə Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1904-cü ildə müstəqil universitet statusu almışdır.
1897 Şeffild Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Şeffild, İngiltərə
1909 Bristol Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Bristol, İngiltərə
1926 Redinq Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Redinq, İngiltərə
1948 Nottinqem Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Nottinqem, İngiltərə
1963 Nyukasl Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Nyukasl-apon-Tayn, İngiltərə

"Plitə şüşə" universitetləri

[redaktə | vikimətni redaktə et]
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1961 Saseks Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Şərqi Saseks, İngiltərə Birləşmiş Krallıqda "plitə şüşə" generasiyası universitetləri arasında qurulmuş ilk ali təhsil müəssisəsi hesab olunur.
1963 York Universiteti Böyük Britaniya Birləşmiş Krallıq York, İngiltərə
1963 Şərqi Anqlia Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1964 Esseks Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Esseks, İngiltərə
1964 Lankaster Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Lankaster şəhəri, İngiltərə
1965 Kent Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Kent, İngiltərə
1965 Vorvik Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Koventri, İngiltərə
1962 Kil Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Kil, İngiltərə
1964 Stratklayd Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Qlazqo, Şotlandiya
1966 Aston Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Birminhem, İngiltərə
1966 Bat Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Bat, İngiltərə
1966 Bredford Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1966 Heriot-Vatt Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Edinburq, Şotlandiya
1966 Lafboro Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Lafboro, İngiltərə
1969 Açıq Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Milton-Kins, İngiltərə
1967 Salford Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Siti-of-Solford, İngiltərə
1967 Dandi Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Dandi, Şotlandiya
1967 Stirlinq Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Stirlinq, Şotlandiya
1966 Surrey Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Qilford, İngiltərə
1968 Olster Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Belfast, Şimali İrlandiya

Yeni universitetlər

[redaktə | vikimətni redaktə et]

Özəl universitetlər

[redaktə | vikimətni redaktə et]
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1973 Bukinqem Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Bukinqem, İngiltərə Universitet 1973-cü ildə Bukinqem Universitet Kolleci olaraq qurulmuş, 1983-cü ildə kraliçadan imtiyaznamə almışdır. 2016-cı ilin may ayından etibarən Birləşmiş Krallıqda kral imtiyaznaməsi olan yeganə özəl universitetdir.
1992 BPP Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə Universitet, ABŞ-da fəaliyyət göstərən "Apollo Education Group" kommersiya məqsədli təhsil şirkətinin bir hissəsi olan "BPP Holdings"ə məxsusdur.
1992 Arden Universiteti Böyük Britaniya Birləşmiş Krallıq Koventri, İngiltərə
1984 London Reqents Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə
1962 Hüquq Universiteti Böyük Britaniya Birləşmiş Krallıq London, İngiltərə

Digər universitetlər

[redaktə | vikimətni redaktə et]

Elmi standartlar və təmərküzləşmələr

[redaktə | vikimətni redaktə et]
Rassell qrupu universitetləri
  1. "University of Glasgow". www.britannica.com (ingilis). Britannika Ensiklopediyası. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2021.
  2. Riché, Pierre. Education and Culture in the Barbarian West: From the Sixth through the Eighth Century. Columbia: University of South Carolina Press. 1978. 126–127, 282–298. ISBN 978-0-87249-376-6.