Codename: Sailor V
Codename: Sailor V | |
Üzərində Seylor Vi və Artemisin təsvirləri olan üzlük. | |
コードネームはセーラーV (Kōdo Nēmu wa Sērā Bui) azərb. Kod adı: Seylor Vi | |
---|---|
Janr | maho-şoco, romantika |
Manqa | |
Manqaka | Naoko Takeuçi |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | Şoco |
Nəşr tarixi | 3 avqust 1991 – 3 iyul 1997 |
Cildlər | Orijinal: 3 Yeni: 2 (cild siyahısı) |
Fəsil sayı | Orijinal: 15 Yeni: 16 |
Əlaqəli seriyalar | |
Codename: Sailor V (コードネームはセーラーV, Kōdo Nēmu wa Sērā Bui?) — Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası sehirli güclərə malik olduğunu və Yeri qorumalı olduğunu öyrənən deyib-gülən məktəbli qız Minako Ayno haqqındadır. "Codename: Sailor V" Naoko Takeuçinin yazacağı "Seylor Mun" manqası üçün təməl rolunu oynamışdır.
Məzmun
[redaktə | mənbəni redaktə et]Minako Ayno 13 yaşlı orta məktəb şagirdi, əylənməyi sevən, gələcəkdə öz sevgisini tapmağı arzulayan qızdır. Bir gün Minako alnında ağ aypara işarəsi olan, danışa bilən Artemis adlı ağ pişiklə rastlaşır. Artemis ona başa salır ki, o, sehirli güclərə malikdir və bu güclərlə daha güclü və gözəl şəxsə çevrilə bilər.
Artemis onun Seylor Venera olduğunu və Yer planeti Venera planetinin adından qorumalı olduğunu deyir. Artemis ona kömək etmək üçün iki əşya verir: aypara formalı kompakt və sehirli qələm. Sehirli qələmin köməyi ilə Minako istədiyi zaman Ədalət döyüşçüsü Seylor Viyə çevrilə bilir.
Minako tezliklə Danburitin başçılıq etdiyi Qaranlıq Agentliyə qarşı mübarizə aparmağa başlayır. Danburitin vəzifəsi bacarıqlı müğənnilərdən istifadə edərək cəmiyyəti kölələşdirməkdir.
Minako Ayno Seylor Vi kimi bir çox macəralar yaşayır, polislərin heyranlığını və qısqanclığını qazanır. Minako Saycyo Acedən kömək almağa başlayır.
Sonda Minako missiyasının düşündüyündən daha vacib olduğunu və Seylor Venera kimi əsl şəxsiyyətini öyrənir. Bu andan etibarən Minako digər Seylor döyüşçülərinin və Ay şahzadəsinin axtarışına çıxır.
Buraxılış
[redaktə | mənbəni redaktə et]"Codename: Sailor V" ilk dəfə olaraq 3 avqust 1991-ci ildə "RunRun" jurnalının yay tətili buraxılışında yomikiri kimi nəşr olunmuşdur.[1][2] Daha sonra manqa seriyasına çevrilmiş və bu jurnalda 3 iyul 1997-ci ilə kimi nəşr olunmuşdur.[1] Kodansha manqanın 15 fəslini 3 tankobon cilddə toplamış və onları 18 dekabr 1993-cü ildən 6 noyabr 1997-ci ilə kimi çap etdirmişdir.[3][4] 2004-cü ildə manqanın stili və dialoqları yenidən gözdən keçirilərək iki şinsoban cildində yenidən nəşr olunmuşdur.[5][6] 2014-cü ildə ildə iki kanzenban cildi şəklində buraxılmışdır.[7][8]
Şimali Amerikada Kodansha Comics USA manqanın delüks nəşrini "Seylor Mun" manqası ilə ingilis dili üçün lisenziyalaşdırmışdır.[9] Şimali Amerikada manqa 13 sentyabr 2011-ci ildən 25 noyabr 2011-ci ilə kimi serializasiya olunmuşdur.[10] [11] Manqa başqa dillərə tərcümə olunmuşdur: Glenat tərəfindən fransız və ispan dillərinə,[12][13] Egmont Manga & Anime tərəfindən alman dilinə,[14] Star Edizioni və daha sonra GP Publishing ("Amici" jurnalında nəşr olunub)[15][16] tərəfindən italyan dilinə və JPF tərəfindən polyak dilinə.[17]
Manqa əsasında OVA seriyalarının çəkilməsi planlaşdırılsa da, bu heç vaxt həyata keçirilməmiş, əvəzində "Seylor Mun"un anime adaptasiyası çəkilmişdir.[18]
Fəsillər
[redaktə | mənbəni redaktə et]№ | Yapon nəşr tarixi | Yapon ISBN | |
---|---|---|---|
1 | 18 dekabr 1993[3] | ISBN 4-06-322801-0 [3] | |
| |||
2 | 22 oktyabr 1994[19] | ISBN 4-06-322810-X [19] | |
| |||
3 | 6 noyabr 1997[4] | ISBN 4-06-322834-7 [4] | |
|
Şinsoban
[redaktə | mənbəni redaktə et]№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN | |
---|---|---|---|---|---|
1 | 29 oktyabr 2004[20] | ISBN 4-06-334929-2 [20] | 13 sentyabr 2011[10] | ISBN 978-1935429777 | |
| |||||
2 | 22 noyabr 2004[21] | ISBN 4-06-334947-0 [21] | 15 noyabr 2011[11] | ISBN 978-1935429784 | |
|
Qəbul
[redaktə | mənbəni redaktə et]11 sentyabr 2011-ci ildən 17 sentyabr 2011-ci ilə kimi "Codename: Sailor V" "New York Times" qəzetinin "ən yaxşı satan manqalar" siyahısında "Seylor Mun"un birinci cildindən sonra ikinci yerdə dayanırdı.[22][23] Növbəti həftədə də manqa "Seylor Mun"un birinci cildindən sonra gəlirdi.[24][25] Bir həftə sonra 3-cü yerə düşmüşdür.[26][27] 9 oktyabrdan 15 oktyabra qədər 8-ci yerdə, növbəti həftə 9-cu yerdə qərarlaşırdı.[28][29][30][31] 6-12 noyabr 2011-ci ildə manqanın birinci cildi ilk dəfə "Seylor Mun"dan yuxarıda — 2-ci yerdə idi.[32][33] Bir həftə sonra "Codename: Sailor V" manqasının 2-ci cildi 2-ci yerə yüksəlmiş, 1-ci cild siyahıya düşməmişdir.[34][35] 20-26 noyabrda ikinci cild 3-cü yerə düşmüşdür.[36][37] BookScan-ın 2011-ci ilin noyabrının top-20 qrafik romanı siyahısında ikinci cild 3-cü, birinci cild 13-cü yerdə idi.[38]
MTV Geek-in əməkdaşı Briqid Elverson "Codename: Sailor V" manqasının "Seylor Mun"un ilkin qaralama forması təəssürratı bağışladığını demişdir.[39] Comics Worth Reading-dən Ed Sayzmora görə "Codename: Sailor V" manqasında personajlar "Seylor Mun"dakına nisbətən zəif işlənilmişdir, lakin bu qüsur deyil.[40] Manga Bookshelf-dən Şon Qiffni Usaqidən fərqli olaraq Minakonun tək döyüşdüyünü və manqanın tonunun "döyüş-komediya" olduğunu qeyd etmişdir.[41] Anime News Network-un əməkdaşı Rebekka Silvermana görə manqanın böyük hissəsi epizodikdir, amma Minakonun şəxsiyyətinə verilən uzaqgörənliyə və manqanın "Seylor Mun" üçün bünövrə rolunu oynamasına görə oxumağa dəyərlidir.[42] Manga Critic-in yazıçısı Ketrin Deysiyə görə yetkin şəxs manqada "darıxdırıcılıq, hokkey, yaxşı çəkilməmiş rəsmlər", uşaqlar isə "pis insanları məğlub etmək üçün adi qızın yeni, güclü şəxsiyyəti qəbul etməsindən bəhs edən cazibədar fentezi" görə bilərlər. Deysi "Codename: Sailor V" manqasının gücünü Minakonun qızğın şəxsiyyətində görür.[43]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Takeuchi, Naoko. Pretty Guardian Sailor Moon ~Ten Years of Love and Miracles~ // Pretty Guardian Sailor Moon: Short Stories. 2. New York: Kodansha Comics USA. 2013. 196–200. ISBN 978-1-612-62010-7.
- ↑ "RunRun" (August 1991 (Summer Vacation Special)). Kodansha: 51.
- ↑ 1 2 3 Takeuchi, Naoko. コードネームはセーラーV (1). Kodansha. December 1993. ISBN 4-06-322801-0.
- ↑ 1 2 3 Takeuchi, Naoko. コードネームはセーラーV (3). Kodansha. November 1997. ISBN 4-06-322834-7.
- ↑ "「なかよし」公式ホームページ『デジなか』|なかよし|コードネームはセーラーV|作品紹介|講談社コミックプラス" (Japanese). Kodansha. 2014-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "「なかよし」公式ホームページ『デジなか』|なかよし|コードネームはセーラーV 新装版(2)|作品紹介|講談社コミックプラス" (Japanese). Kodansha. 2014-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "『コードネームはセーラーV 完全版(1)』(武内直子)|講談社コミックプラス" (Japanese). Kodansha. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "『コードネームはセーラーV 完全版(2)』(武内直子)|講談社コミックプラス" (Japanese). Kodansha. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Kodansha USA To Publish Sailor V, Sailor Moon Manga". Anime News Network. 2011-03-18. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
- ↑ 1 2 "Codename: Sailor V Volume 1". Kodansha Comics USA. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ 1 2 "Codename: Sailor V Volume 2". Kodansha Comics USA. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Sailor V #03" (French). Glenat. 2011-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Internet Archive Wayback Machine". Web.archive.org. 2006-05-14. May 14, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Sailor V, Bd.2: Amazon.de: Naoko Takeuchi: Bücher" (German). Amazon.de. 2009-09-09. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- ↑ "GP Manga - Codename Sailor V" (Italian). GP Publishing. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Oficjalna Witryna Wydawnictwa J.P.Fantastica" (Polish). JPF. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Takeuchi, Naoko. Afterword Punch // Bishoujo Senshi Sailor Moon shinsouban Volume 3. Kodansha. October 23, 2003. ISBN 4-06-334783-4.
- ↑ 1 2 Takeuchi, Naoko. コードネームはセーラーV (2). Kodansha. October 1994. ISBN 4-06-322810-X.
- ↑ 1 2 Takeuchi, Naoko. コードネームはセーラーV (1) 新装版. Kodansha. October 1994. ISBN 4-06-334929-2.
- ↑ 1 2 Takeuchi, Naoko. コードネームはセーラーV (2) 新装版. Kodansha. November 1994. ISBN 4-06-334947-0.
- ↑ "Best Sellers". The New York Times. 2011-10-02. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, September 11–17". Anime News Network. 2011-09-23. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Best Sellers". The New York Times. 2011-10-09. 2015-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, September 18–24". Anime News Network. 2011-09-30. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Best Sellers". The New York Times. 2011-10-16. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, September 25-October 1". Anime News Network. 2011-10-07. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, October 9–15". Anime News Network. 2011-10-21. 2011-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "Best Sellers". The New York Times. 2011-10-30. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, October 16–22". Anime News Network. 2011-10-28. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
- ↑ "Best Sellers". The New York Times. 2011-11-06. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, November 6–12 - News". Anime News Network. 2012-08-21. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Taylor, Ihsan. "Best Sellers - The New York Times". New York Times. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, November 13–19 - News". Anime News Network. 2012-08-21. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Taylor, Ihsan. "Best Sellers - The New York Times". New York Times. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "New York Times Manga Best Seller List, November 20–26 - News". Anime News Network. 2012-08-21. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Taylor, Ihsan. "Best Sellers - The New York Times". New York Times. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ "'Sailor Moon' Pulls Off a Hat Trick". ICv2. 2014-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Alverson, Bridget. "Manga Review: Codename Sailor V, vol. 1". MTV Geek. 2011-09-27. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Sizemore, Ed. "Codename Sailor V and Pretty Guardian Sailor Moon Book 1". Manga Worth Reading. 2011-09-16. 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Gaffney, Sean. "Codename Sailor V, Vol. 1". 2011-09-20. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Silverman, Rebecca. "Codename: Sailor V GN1 - Review". Anime News Network. 2011-10-05. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
- ↑ Dacey, Katherine. "Codename: Sailor V, Vol. 1". The Manga Critic. 2011-10-13. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Code Name: Sailor V
- Codename:Sailor V VikiMunda
- Seylor Vi Vikimunda
- Codename: Sailor V (manqa) Anime News Network Ensiklopediyasında