Elastiklik (iqtisadiyyat)
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Elastiklik (ing. elasticity) — iqtisadi nəzəriyyədə bir göstəricinin (məsələn, tələb və ya təklif) digər göstəricinin (məsələn, qiymət, gəlir) dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür.
Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Bu aşağıda göstərilən bəzi suallara cavab tapmaqda kömək edir:
- Əgər istehsal etdiyim məhsulun qiymətini aşağı salsam, əlavə olaraq nə qədər məhsul sata biləcəm?
- Əgər bu məhsulun qiymətini qaldırsam, bu digər bir əmtəənin satışına necə təsir edəcək?
- Əgər məhsulun bazar qiyməti aşağı düşərsə, bu bazardakı firmların təklif həcminə necə təsir edəcək?
Elastikliyin dərəcəsini əks etdirən ölçü vahidi elastiklik əmsalı adlanır.
Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1), habelə xüsusi hallarda tam qeyri-elastik (=0) və sonsuz elastik ola bilər. Elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə çox həssasdır. Məsələn, məhsulun qiymətinin 10% enməsi həmin məhsula olan tələbi 20% artırır. Qeyri elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə az həssasdır. Məsələn, məhsulun qiymətinin 10% qalxması ona olan tələbi 5% endirir. Vahid elastiklikdə isə bir göstərici neçə faiz dəyişirsə digəridə eyni dərəcədə dəyişir. Məsələn, məhsulun qiymətinin 10% enməsi ona olan tələbi 10% artırır.
Bundan əlavə, elastiklik hər bir nöqtədə eyni deyildir. Məsələn, aşağı qiymət səviyyəsində qiymət dəyişikliyi daha elastikdir, amma yüksək qiymət səviyyəsində bu hal əksinə olur.
Təklifin qiymət elastikliyi
[redaktə | mənbəni redaktə et]Təklifin qiymət elastikliyi təklifin həcminin qiymət dəyişikliklərinə necə reaksiya verdiyini ölçür[1]. Bu əmtəənin xüsusiyyəti ilə sıx bağlıdır. Belə ki, əgər sahibkar artan tələb qarşısında istehsalını rahatlıqla artıra bilirsə, qiymət elastikdir. Əgər mümkün deyilsə, qeyri-elastikdir.
Məsələn, əgər dağ xizəyinin qiyməti qalxarsa, istehsalçı yeni bir xizək meydancası tikmək məqsədilə dağ kəşf edə bilməyəcəyi üçün burada istehsalın artırılması imkanları məhduddur. Bu səbəbdən bu məhsulun təklifi qeyri-elastikdir. Digər bir məhsula nəzər yetirək. Meyvə şirəsinin qiyməti qalxdıqda, istehsalçı çox rahat bir şəkildə iş rejimini artırır, daha çox xammal cəlb edir və istehsalı artırır. Belə məhsullar elastikdir.
Təklifin qiymət elastikliyinin hesablanması
[redaktə | mənbəni redaktə et]Təklifin qiymət elastikliyi haqqında müəyyən anlayış əldə etdikdən sonra, gəlin onun necə hesablanmasına baxaq[2]:
Təklif.q.e. = Təklifin həcmindəki faiz dəyişikliyi/ Qiymətdəki faiz dəyişikliyi
Tələb əyrisində olduğu kimi təklif əyrisi üzərində də müxtəlif elastikliyə malik nöqtələr vardır(Bax: Şəkil 3).
Miqyas elastikliyi
[redaktə | mənbəni redaktə et]Miqyas elastikliyi və ya başqa ədəbiyyatlardakı adı ilə istehsal elastikliyi istehsal amillərinin həcmindəki dəyişikliyin istehsal həcminə necə təsir etdiyini əks etdirir. Başqa sözlə, miqyas elastikliyi istehsal həcmindəki faiz dəyişikliyinin istehsal amillərinin həcmindəki faiz dəyişikliklərinə nisbəti kimi hesablanır.[3][4][5][6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Perloff, J. (2008). p.36.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Menkyu
adlı istinad üçün mətn göstərilməyib - ↑ Samuelson, W. & Marks, S. (2003). p.233.
- ↑ • Hanoch, G. (1975) “The elasticity of scale and the shape of average costs,” American Economic Review 65, pp. 492-497.
- ↑ • Panzar, J.C. and R.D. Willig (1977) “Economies of scale in multi-output production, Quarterly Journal of Economics 91, 481-493.
- ↑ • Zelenyuk, V. (2013) “A scale elasticity measure for directional distance function and its dual: Theory and DEA estimation.” European Journal of Operational Research 228:3, pp 592–600 Arxivləşdirilib 2021-05-13 at the Wayback Machine