Firudun Həsənov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Firudun Həsənov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
26 oktyabr 1996 – 17 avqust 2000
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
bayraq
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
1991 – 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıSəbuhi Abdinov
Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1990 – 1991
ƏvvəlkiVəzifə ləğv edildi.
1987 – 1990
1985 – 1987
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1950(1950-07-01) (74 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Firudun Şərif oğlu Həsənov (1 iyul 1950, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci və ikinci katibi.

Firudun Həsənov 1 iyul 1950-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1985-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1971–1980-ci illərdə Kirovabad Xalça-Mahud Kombinatında mühəndis, texnoloq, sahə rəisi, sex rəisi, istehsalat rəisi, baş mühəndisin müavini vəzifələrində çalışmışdır.[1]

Evlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Firudun Həsənov Azərbaycan Kommunist Partiyası üzvü olmuşdur. O, 1980–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin təlimatçısı, 1985–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin ikinci katibi, 1987–1990-cı illərdə isə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci katibi vəzifəsini daşımışdır. 1990–1991-ci illərdə isə Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.[1]

Firudin Həsənov 1991-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov vəzifəsindən azad edilmişdir.[1]

Firudin Həsənov Azərbaycan Kommunist Partiyasının varisi olan Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur. Bu partiya 7 noyabr 1993-cü ildə Ramiz Əhmədov rəhbərliyində qurulmuş, 2 mart 1994-cü ildə dövlət qeydiyyatına alınmışdır.

26 oktyabr 1996-cı ildə partiya daxilində bir qrup şəxs Firudun Həsənovun rəhbərliyi ilə növbədənkənar qurultay təşkil etdi. Mərkəzi İcraiyyə Komitəsi ləğv edildi və Mərkəzi Komitə ilə əvəz edildi. Firudun Həsənov Mərkəzi Komitənin sədr seçildi. Lakin 28 oktyabr 1996-cı ildə Ramiz Əhmədovun sədrliyi ilə partiya rəhbərliyinin iclası keçirildi. Növbədənkənar qurultay etibarsız sayıldı və qurultayın təşkilatçıları partiyadan xaric edildi.

Buna baxmayaraq, Firudun Həsənov qolu 20 oktyabr 1999-cu ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq tanındı. Bu səbəbdən məhkəmə istintaqı başladı. 17 avqust 2000-ci ildə Ədliyyə Nazirliyi yeni qərar elan etdi və Firudun Həsənovun təşkil etdiyi növbədənkənar qurultay etibarsız sayıldı və ona verilən sənədlər geri alındı. Ədliyyə Nazirliyi yenidən Ramiz Əhmədov qolunu rəsmən tanıdı.

Firudun Həsənov 1998-ci il prezident seçkilərində prezidentliyə namizəd olmuşdur. O, seçkilərdə 29 244 səs (0.87%) səs toplayaraq seçkiləri Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev, Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov və Müstəqil Azərbaycan Partiyası sədri Nizami Süleymanovun ardınca 4-cü sırada tamamlamışdır.[2]

Firudun Həsənov daha sonra Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.[3]

"Şərəf Nişanı" ordeni ilə təltif olunmuşdur.[1]

  1. 1 2 3 4 Һәсәнов Фирудун Шәриф оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 497. ISBN 5-89600-253-x.
  2. "Arxivlənmiş surət". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-08.
  3. ""Mən heç vaxt Putinə müraciət etməmişəm"". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-06.