Fransızlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fransızlar
Sayları və yaşadığı ərazilər
Dili Fransız dili, Oksitan dili, Katalan dili, German dilləri, Bröton dili, Bask dili
Dini əsasən: xristianlıq · İslam
Ateizm · Aqnostisizm · Deizm
azlıq : Protestantlıq · Buddizm · İudaizm.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

FransızlarFransanın əsas əhalisi, millət. ABŞKanadada, həmçinin keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Fransız dilində danışırlar, dindarlarının əksəriyyəti katolikdir.

Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3–1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. 6-cı əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. 9-cu əsrdə Karolinqlər imperiyası parçalandığı zaman frank sözü həm ölkənin, həm də xalqın adında və dilində qalmışdı. Vahid fransız xalqı və dili təqr. 12–14-cü əsrlərdə formalaşmışdır. Böyük Fransa inqilabı fransız millətinin təşəkkülündə həlledici rol oynamışdır.