Haynts Vilhelm Quderian
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Haynts Vilhelm Quderian | |
---|---|
alm. Heinz Guderian | |
Şəxsi məlumatlar | |
Doğum adı | Heinz Wilhelm Guderian |
Doğum tarixi | 17 iyun 1888[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 may 1954[1][2][…] (65 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Almaniya imperiyası |
Xidmət illəri | 1907-ci ildən |
Rütbəsi | general-polkovnik |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Haynts Vilhelm Quderian (alm. Heinz Wilhelm Guderian; 17 iyun 1888 – 14 may 1954) — İkinci Dünya müharibəsi dövrü alman generalı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Prussiya zabiti ailəsində doğulan Haynts kadet korpusunu bitirmiş, 20 yaşından sonra hərbi qulluğa başlayıb leytenant rütbəsi almışdı. Bu illərdə gənc zabit daim necə sürətlə Avropanı və Rusiyanı diz çökdürmək yollarını fikirləşir və öz hərbi konsepsiyasını yaratmaq istəyirdi. O, nəhayət belə bir konsepsiya düşünüb tapdı. Bu elə bir konsepsiya idi ki, düşmənlər müqavimət göstərə bilməyəcəkdilər. Daha doğrusu, buna imkanları olmayacaqdı. Bu fikrə o, ingilis hərb nəzəriyyəçisi Con Füllerin "Tanklar böyük müharibədə" adlı kitabı ilə tanış olandan sonra gəlmişdi. O əmindi ki, nəzəriyyəsi praktikada parlaq nəticə verəcək.
Birinci Dünya müharibəsindən sonra səhra hərbi radio hissələrində qulluq edən Quderian vəzifəsini çox yüksək səviyyədə yerinə yetirdiyinə görə böyük hörmət qazanmışdı. Nəticədə onu ən yaxşı zabitlərdən biri kimi Birinci Dünya müharibəsindən sonra yeni yaradılan alman ordusu üçün seçdilər. O, ordu başçılarına öz konsepsiyası barədə məlumat verdi, lakin ali hərbçilər bu konsepsiyanı qəbul etmədilər. Çünki bunun üçün ordu quruculuğunu tamamilə dəyişməli, hətta hərbi sənayeni başqa bir tərəfə yönəltməli idilər. Üstəlik, tank diviziyaları atıcılıq diviziyalarından qat-qat baha başa gəlirdi.
Haynts Vilhelm Quderian illərlə gözləməli oldu. Və nəhayət, Hitler hakimiyyətə gələndə polkovnik Quderian öz konsepsiyasını tankların iştirak etdiyi təlim əməliyyatları ilə fürerə nümayiş etdirdi. Ona öz ilk tank batalyonunu, sonra isə diviziyasını yaratmağa icazə verildi. Aydın idi ki, mobil tank orduları ilə hər hansı düşmən gözlənilməz və effektli hücuma məruz qala bilər. Bunun üçün Quderian Füllerin nəzəriyyəsinə "Blitskriq" konsepsiyasını da əlavə etmişdi.
Bütün alman hərb maşınında ən çox bu sahəyə diqqət verilirdi. Və 1939-cu ildə artıq beş tank diviziyası hazır idi. Elə həmin zirehli tank ordularının baş komandanı general Quderiana da Polşaya girmək əmri verildi. O, sentyabrın 1-də sərhədi keçib cəmi dörd günə Polşa ordularının müqavimətini qırdı və sentyabrın 16-da bu böyük ölkə təslim oldu. Yalnız bundan sonra Almaniyada hərbi-ictimai rəy tamamilə dəyişdi. İndi artıq heç kim tank diviziyalarının qarşısıalınmazlığına şübhə etmirdi, amma əlbəttə, bir şərtlə, havadan müdafiə şərti ilə. Ona görə ilk növbədə düşmənin hava hücumu texnikasını, yəni aviasiyasını məhv etmək lazım idi.
Hitler generalı mükafatlandırıb 1940-cı ildə general-polkovnik rütbəsi ilə tamamilə gözlənilmədən Qərb cəbhəsinə göndərdi. Quderian 13–15 mayda general Reynhard və Fon Kleytslə bərabər Sedana doğru irəlilədi.
Fransızların doqquzuncu ordusu büsbütün məhv edildi. 80 kilometr məsafə qət edilib Sedan alındı. Mayın 21-də Quderian Bulonu aldı və sonra Britaniya ekspedisiya korpusunu əsir götürdü. Mayın 25–27-də Belçika kralı III Leopold təslim oldu. Mayın 28-də Quderiana gözlənilmədən dayanmaq əmri verildi. Bununla da Hitler İngiltərə aviasiyasına əl-qol açmağa imkan verdi. Nəhayət, iyunun 5-də Hitler yenidən hücum göstərişi verdi. General-polkovnik Quderianın tank diviziyası Fransanın ortasından cənubuna doğru elə sürət götürdü ki, qabağına çıxan bütün orduları əzib iyunun 13-də Parisə daxil oldu. Yalnız bundan sonra Almaniya üzünü Şərqə, qədim və qart düşmənlərinə — Rusiyaya qarşı çevirdi. Quderian Fürerdən blitskriqi Rusiya üzərində tətbiq etmək üçün əmr aldı və daha bir neçə generalla cəmi bir neçə aya bu nəhəng hərbi imperiyanın inadını qırıb milyona qədər əsir alaraq yanvarda gəlib Moskvaya çatdı, amma birdən-birə gözlənilmədən, fəlakətli halda yorğunluğu bəhanə gətirib paytaxta həmləni yubatdı.
Nəhayət, ordu generalı ƏLAHƏZRƏT QIŞ göndərdiyi 46 dərəcə şaxta ilə Quderianın qalibiyyətli ordusunu sıradan çıxartdı (Böyük Vətən müharibəsində dönüş).
Qalib dövlətlər 1945-ci ildə sırf hərbçi olduğunu nəzərə alıb Nürnberq prosesində Quderiana güldən də ağır söz demədilər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Heinz Guderian // Encyclopædia Britannica (ing.).
- 17 iyunda doğulanlar
- 1888-ci ildə doğulanlar
- Almaniya imperiyasında doğulanlar
- 14 mayda vəfat edənlər
- 1954-cü ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- Aşağı Saksoniyada dəfn olunanlar
- Müqəddəs Sava ordeninin kavalerləri
- "Uzun müddət vermaxtda xidmətlərə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Sərkərdələr
- Almaniya hərbçiləri
- İkinci Dünya müharibəsi iştirakçıları