Karaqanda zooparkı
Açılma tarixi | 1938 |
---|---|
Yer | Karaqanda, Qazaxıstan |
Sahəsi | 43,5 ha |
Heyvanların sayı | 1600 (2015) |
İllik ziyarətçilər | 85 900 (2015) |
Üzv olduğu qurumlar | Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyası |
Karaqanda zooparkı (qaz. Қарағанды хайуанаттар бағы) — Qazaxıstanın ən yaşlı zooparklarından biri. Zooloji park 1938-ci ildə təşkil edilmişdir. Parkın ərazisi 43,5 ha olsa da ondan yalnız 8 ha ərazi istifadə edilir[1].
Zooparkın ən məşhur sakini Batır ləqəbli hindistan fili olmuşdur[2][3].
Tarixi
[redaktə | vikimətni redaktə et]Sovertlər dönəmi
[redaktə | vikimətni redaktə et]1989-cu il məlumatına görə zooparkda 700 baş canlı olmuşdur. Onlar 159 növdə birləşirdi (69 məməli, 25 növ quş, 14 növ sürünən, 3 növ suda-quruda yaşayan, 25 növ balıq). Burada xaslanan 15 növ Beynəlxalq, 14 növ SSRİ, 8 növ isə Qazaxıstan SSR Qırmızı kitabına salınmışdır. XX əsrin 80-ci illərində zooparkda 26 növ çoxaldıla bilmişdir.
80-ci illərin sonlarında zoopark Karaqanda Dövlət Universiteti, Karaqanda Dövlət Tibb Universiteti, Karaqanda Vilayət Tarix Diyarşunaslıq Muzeyi ilə əməkdaşlığa başlamışdır. Bundan sonra zooparkı hər il 800 000 insan ziyarət edirdi.
Hazırkı vəziyyət
[redaktə | vikimətni redaktə et]2012-ci ildə Karaqanda zooparkına yerli əhəmiyyətli qorunan təbiət zonası statusu verilmişdir. 2013-cü ildə burada 2700 baş canlı saxlanılırdı. 2015-ci ildə bu rəqəm 1600 başa qədər azalmışdır. 2013-cü ildə 328 baş məməli saxlanıldığı təqdirdə 2015-ci ildə bu rəqəm 287 baş olmuşdur. Dörd növ zooparkdan yox olmuşdur. 2014-cü ildə quş sayı 1249 baş olduğu halda 2015-ci ildə 246 baş olmuş və 2 növ azalmışdır. Balıq sayında da azlma müşahidə edilmişdir.
Zooparka gələnlərin sayında da azalma vardır: 2013 - 175 min, 2014 - 113 min, 2015 - 85 900 nəfər. Son zamanlarda isə artım müşahidə edilir.
2015-ci ildə zooparın saxlanılması üçün şəhər büdcəsindən 102,5 mln təngə ayrılmışdır. 1968-ci ildə inşa edilən köhnə tikili artıq qəzalı vəziyyətdədir[4]. Binanın yenidən inşası planlaşdırılır[5].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Yelena Ulyakina. "Karaqanda zooparkında heyvaların sayı azalıb". «Novı vestnik» qəzeti. 2016-06-29. 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- ↑ "Batyr at Karaganda Zoo". elephant.se. Elephant Encyclopedia. 8 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2012.
- ↑ "Kazakhstan zoo monkeys given wine 'to ward off flu'". bbc.co.uk. BBC. 3 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2012.
- ↑ Валентина Елизарова. "В зоопарке Караганды основное здание идет под снос из-за аварийности". inform.kz. 2015-10-30. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- ↑ Валентина Елизарова. "Закрыть зоопарк предложили в Караганде". inform.kz. 2016-12-16. 2016-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.