Leo fon Kaprivi
Leo fon Kaprivi | |
---|---|
alm. Leo von Caprivi[1][2][…] | |
Şəxsi məlumatlar | |
Doğum adı | Georg Leo von Caprivi de Caprera de Montecuccoli[1][5] |
Doğum tarixi | 24 fevral 1831[3][4][…] |
Vəfat tarixi | 6 fevral 1899[3][4][…] (67 yaşında) |
Vəfat səbəbi | ürək tutması[1] |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | protestantlıq[1][2] |
Hərbi xidmət | |
Qoşun növü | Almaniya İmperiyası ordusu[1] |
Döyüşlər | |
Rütbəsi | Leytenant[5], ober-leytenant[d][5], kapitan[5], polkovnik-leytenant[2][5], polkovnik[5][6], general-mayor, general-leytenant[1][5][…] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[7] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Leo fon Kaprivi, tam adı Georq Leo qraf fon Kaprivi de Kaprera de Montekukkoli (alm. Georg Leo Graf von Caprivi de Caprera de Montecuccoli), (24 fevral 1831, Şarlottenburq, Berlin yaxınlığı, — 6 fevral 1899 , Brandenburq) — alman hərbi və siyasi xadimi, alman ordusunun general-mayoru, Otto fon Bismarkdan sonra Almaniya İmperiyasının (ikinci reyx)in kansleri (20 mart 1890-cı ildən 28 oktyabr 1894-cü ilədək).
Kaprivi daxili siyasətdə güclənən və Bismarkın sıxışdırdığı sosial-demokratlarla anlaşma siyasəti, xarici siyasətdə Rusiya ilə müttəfiqlik münasibətlərinin pozulması və Böyük Britaniya ilə münasibətılərin yaxşılaşdırılması siasəti yeridirdi. 1890-cı ilin iyulunda Kprivi Böyük Britaniya ilə müqavilə bağlayaraq ondan Almaniyadan şimalda yerləşən Gelqoland adasını aldı, əvəzində isə Zənzibar sultanına sərbəstlik verdi. O həmçinin Afrikada Almaniya müstəmləkələri üçün əlverişli torpaq zolağı əldə etdi.
Reyxkanslerliyi
[redaktə | mənbəni redaktə et]Leo fon Kaprivi reyxkanslerlik vəzifəsinin icrasına 1890-cı ilin mart ayının 20-dən başlamışdır. Amma hələ fevral ayında Otto fon Bismark hakimiyyətdə olarkən II Vilhelm kanslerə və icimai işlər, ticarət və sənaye nazirlərinə alman fəhlələrinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin hazırlanıb həyata keçirilməsini və alman sənayesinin dünya rəqabətinə tab gətirməsi üçün yeni tədbirlərin həyata keçirilməsini tapşırmış, lakin Bismark onları həyata keçirə bilməmişdi. Ona görə də, yeni kansler olan Kaprivi ilk növbədə bu məsələlərlə məşğul olmalı idi.
Kaprivinin hakimiyyəti yeni xətt siyasəti ilə yadda qalıb və Almaniya tarixində bu mərhələ 1890-1894-cü illəri əhatə edir. Bu dövrdə başlıca məqsəd Almaniyada silklər arasında mövcud olan parçalanmanın qarşısını almaq idi. Siyasi dairələrdə belə hesab edilirdi ki, Almaniya cəmiyyətini parçalamaq Bismarkın böyük bir səhvi olmuşdur və indi qarşıda duran məqsəd isə bir-birinə qarşı dayanmış bu qüvvələri harmonik bir şəkildə barışdırmaq idi.
1891-ci ildə 1881-ci ilin sənaye nizamnaməsinə bəzi əlavələr qəbul edildi:
- Fəhlələr üçün bazar günləri qeyri-iş günü elan edildi.
- Fəhlələrdən müəyyən iş xətalarına görə əmək haqlarından cərimələrin tutulması qadağan olundu.
- 14 yaşına çatmayan uşaqların istehsalatda çalışması qadağan edildi.
- 14-16 yaşlı yeniyetmələrin və qadınların iş saatı 10 saata qədər məhdudlaşdırıldı.
1891-1893-cü illərdə maliyyə naziri olan Migelin təşəbbüsü ilə gəlir vergisi, kapital, satış üzərinə qoyulan vergilərlə bağlı əlavə vergilər təyin olundu. Bu vergilərin tətbiq edilməsi ölkənin əlavə xərclərinin azaldılmasına, əlavə gəlirin əldə edilməsinə şərait yaratdı.
Almaniya liberal siyasət yürütməli olduğunu düşünən Kaprivi 1891-1893-cü illərdə Avstriya-Macarıstan, İtaliya Krallığı, Ruminiya, Serbiya, Rusiya imperiyası, Belçika ilə ikitərəfli ticarət müqavilələri imzaladı. Bu müqavilələr sənaye sahibkarlarının marağına tam uyğun olsa da, eyni zamanda ərzaq məhsulları üzərinə qoyulan vergilərin azalmasına gətirib çıxardı. 1893-cü ildə Kaprivinin bu siyasətinə qarşı “Kənd ağaları” adlanan cəmiyyət yaradıldı.
1892-ci ildə Prussiyanın maarif və dini etiqad naziri xalq məktəbləri haqqında yeni bir qanun layihəsi təqdim etdi. Layihəyə əsasən kilsənin məktəblər üzərində nəzarətinin yenidən bərpa edilməsi nəzərdə tutulurdu. Katolik və protestantların birlikdə təhsil alması qaydası aradan qaldırılmalı, ilahiyyat dərsi məcburi fənn kimi keçirilməli idi. Qanun layihəsi müzakirəyə çıxarılarkən alman ziyalıları arasında çox böyük bir hərəkat başlandı. Bu hərəkat sonda ölkə daxilində qanun layihəsinin kəskin bir şəkildə tənqidinə yol açdı. Vəziyyəti belə görən kayzer II Vilhelm orijinal bir addım ataraq, Almaniya imperatoru kimi yox, Prussiya kralı kimi Kaprivini tutduğu vəzifəsindən uzaqlaşdırıldı. 1892-ci ildən sonra Prussiyanın birinci nazri fon Eylenburq oldu. Almaniya imperiyasının kansleri isə Kaprivi idi. Çünki II Vilhelm onu yalnız birinic nazir vəzifəsindən uzaqlaşdırmışdı.
1892-ci ildə ordu islahatı ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı. Ordunun sayının artırılması, ordunun maliyyələşdirilməsi və hərbi xidmətin 3 ilə qədər artırılması müzakirə olundu. Lakin reyxstaqda hökumət əleyhinə olan müxalifətçi blok buna etirazını bildirdi və nəticədə II Vilhelm reyxstaqı buraxmaq qərarına gəldi. Lakin yeni formalaşan reyxstaq da bu layihəni təsdiq etməkdən imtina etdi.
1894-cü ildə aqrar məsələdə yeni bir qanun layihəsi müzakirəyə çıxarıldı. İdxal olunan taxılın ticarəti üzərində dövlət inhisarı tətbiq olunmalı, taxılın alınması zamanı son 40 ilin qiymətləri əsas götütülməli idi. Bu isə taxılın qiymətinin daxili bazarda bir neçə dəfə qalxmasına gətirib çıxaracaqdı. Ona görə də layihə yenə də ölkədə ciddi müzakirələrə səbəb oldu və rədd edildi.
Kaprivinin uğursuz daxili siyasətində bir istiqamət də Prussiyada yerli özünü idarəetmə -bələdiyyələrlə bağlı idi. 1891-1892-ci illərdə bununla bağlı irəli sürülən qanun layihəsində əsas məqsəd yunkerlərin ağalıq etdiyi yerli özünü idarəetmə dairələrinin birləşidirmək və bu dairələrdə seçkili orqanların yaradılması idi. Lakin onun bu layihəsi həyata keçmədi. Almaniyada siyasi böhranı dərinləşdirən digər bir amil isə Prussiyanın birinci naziri Eylenburq və İmperiya kansleri Kaprivi arasıda mövcud olan kəskin qarşıdurma idi. 23 oktyabr 1894-cü ildə II Vilhelm Kaprivini istefaya göndərdi. 1894-cü ildə hakimiyyətə 75 yaşlı Xlodviq Hohenloe gəldi. O bu vəzifədə 1900-cü ilə qədər qaldı və 1900-cü ildə onu Bernhard fon Bülov əvəz etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Meyer A. Caprivi, Georg Leo, Graf von // Biographisches Jahrbuch und Deutscher Nekrolog (alm.). / Hrsg.: A. Bettelheim B. Vol. 4. S. 3–14.
- ↑ 1 2 3 4 5 6 Deutsche Biographie (alm.). München BSB, Historische Kommission bei der Bayerischen Akademie der Wissenschaften, 2001.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Leo, count von Caprivi // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Poten B. v. Caprivi de Caprara de Montecuculi, Leo von (alm.). // Allgemeine Deutsche Biographie L: 1903. Vol. 47. S. 445–450.
- ↑ 1 2 Acta Borussica (alm.). / Hrsg.: Preußische Akademie der Wissenschaften, Berlin-Brandenburgische Akademie der Wissenschaften B. Vol. 8. S. 507.
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.