Maldiv adaları
Maldiv Respublikası | |||||
---|---|---|---|---|---|
mald. ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ Dhivehi Raajjeyge Jumuhooriyyaa | |||||
| |||||
The sunny side of life, Ochr Heulog Bywyd | |||||
Himn: |
|||||
Tarixi | |||||
• Müstəqillik | 26 iyul 1965 | ||||
• Yeni Konstitusiyanın qəbulu | 7 avqust 1965 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Male | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Mohamed Muizzu | ||||
Sahəsi | Dünyada 206-cı | ||||
• Ümumi | 298 [1] km² | ||||
Əhalisi | |||||
• Əhali | 393 253 nəfər (175-ci) | ||||
• Sıxlıq | 1102.5 nəf./km² (11-ci) | ||||
• Ümumi | 5.405.557.162 $[2], 6.189.865.408 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 5,407 milyard dollar (162-ci) | ||||
• Adambaşına | 15,287 dollar (69-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2016 təxmini) | 3,270 milyard dollar | ||||
• Adambaşına | 9,246 dollar | ||||
İİİ (2014) | 0.706 | ||||
İnternet domeni | .mv | ||||
ISO kodu | MV | ||||
BOK kodu | MDV | ||||
Telefon kodu | +960 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Maldiv arxipelaqı Çaqos və Lakkadiv arxipelaqı ilə birlikdə Çaqos-Maldiv-Lakkadiv tektonik qalxmasında, Hind okeanındakı böyük dənizaltı dağ silsiləsi üzərində yerləşir. Ölkə dəniz səviyyəsindən 1.5 metr yüksəklik dərəcəsi ilə dünyanın ən alçaqda yerləşən ölkəsi hesab olunur. Hətta ölkənin ən yüksək nöqtəsi hesab olunan hündürlüyü belə (2.4 metr) dünyada ən alçaq təbii yüksəklik hesab edilir. Dəniz səviyyəsinin qalxması ilə əlaqədar olaraq, hökumət Maldivi 2019-cu ilə qədər karbondan azad ölkə edəcəyi vədini vermişdir.
Maldiv adaları erazımdan əvvəl 4-cü əsrdən etibarən tarixi və mədəni baxımdan Hindistan yarimadası ilə əlaqəli şəkildə inkişaf etmişdir. Maldiv Arxipelaqı XII əsrdə islamlaşdı və sultanlıq şəklində birləşərək Asiya və Afrika ilə güclü mədəni və ticari əlaqələrin inkişaf etdirilməsinə nail oldu. XVI əsrin ortalarından artan müstəmləkə qüvvələrinin təsiri regiona çatır və Maldiv adaları 1887-ci ildə Britaniyanın qoruması altına keçir. Birləşmiş Krallıqdan müstəqillik 1965-ci ildə alınır və 1968-ci ildə Xalq Məclisi tərəfindən ölkənin Prezidentli Respublika şəklində idarəsinin əsası qoyulur. Sonrakı onilliklər isə qeyri-sabitlik, demokratik islahatlara cəhd və iqlim dəyişikliyi nəticəsində meydana gələn ekoloji problemlərin həlli ilə xarakterizə olunmuşdur.
Maldiv adaları Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının qurucu üzvlərindən biridir. Həmçinin, ölkə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Tərəfsiz Dövlətlər Hərəkatı kimi nüfuzlu təşkilatlara üzvdür. Dünya Bankı Maldivi yuxarı orta gəlirli iqtisadiyyata malik ölkə kimi təsnifləşdirir. Balıqçılıq ölkənin tarixən hakim iqtisadi fəaliyyəti olmuş və indiyə qədər ən iri fəaliyyət sektoru kimi özünü qoruyub saxlamışdır. Tuzim sənayesi isə balıqçılıq sektorunu izləyərək, sürətlə böyüməkdədir. Şri-Lanka ilə birlikdə, Maldiv adaları Cənubi Asiyada yalnız iki "yüksək" dərəcəli İnsan İnkişafı İndeksinə malik ölkələrdir. Adambaşına düşən gəlirlə isə Maldiv Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası üzvləri arasında ən yüksək göstəricilərə malik ölkələrdən biridir.
Maldiv adaları 1982-ci ilin iyul ayından etibarən İngilis dövlətlər birliyinə daxil edilmiş və yalnız 2016-cı ilin oktyabr ayında insan hüquqları və korrupsiya ilə bağlı tənqidi etirazı əsasında bu birlikdən geri çəkilmişdir.
Tarix
[redaktə | vikimətni redaktə et]Maldiv adalarında əhalinin məskunlaşması min il bundan əvvəl başlamışdır. Əvvəl Buddizm dininə itaət edən sakinlər, Ərəb taciri olan Əbul Bərəkət Əl-Bar Barinin təbliğatları ilə müsəlmanlığı qəbul etdi. Hazırda Maldiv adalarının əhalisinin demək olar ki, 100%-i müsəlmandır. XII əsrdən etibarən müstəqil sultanlıq, 1887–1965-ci illər ərzində isə Böyük Britaniyanın protektoratı olmuş Maldiv 1965-ci ilin iyul ayında müstəqilliyini elan etmişdir (1968-ci ildən respublikadır). 2005-ci il 15 noyabr tarixində isə iqlim dəyişikliklərinin təsiri ilə yüz illər sonra Maldiv adalarının suda batması gözlənildiyindən bu dövlətə Avstraliyaya sığınma haqqı verilmişdir. Maldiv Respublikasının hazırkı prezidenti — Abdulla Yəmin (2013).
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Şri Lankanın (cənub-qərb istiqamətində) 700 kilometrliyində yerləşir. 1192 orta-kiçik adanı birləşdirən 20 atoldan ibarətdir. Əhalisi təxminən 365 min nəfərdir.(2015-ci il). Əhalinin sıxlığı çox yüksəkdir — 1200 nəfər/km² -dir.
Adalar okean səviyyəsindən bir qədər yüksəkdədirlər, arxipelaqın ən hündür nöqtəsi — cənubdakı Addu adalarında — 2,4 m-dir.
Ümumi sahəsi — 90 min km², quru ərazi — 298 km². Paytaxtı Male şəhəri — arxipelaqın yeganə şəhəri və portu — eyni adlı atollda yerləşir.Ölkənin iqtisadiyyatın əsas sahələri-turizm və balıqçılıqdır.
Dövlət quruluşu
[redaktə | vikimətni redaktə et]Maldiv Respublikası məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1965) 26 iyulda qeyd olunur. Ölkə Konstitusiyası 7 avqust 2008-ci ildən qüvvədədir.
İnzibati bölgüsü
[redaktə | vikimətni redaktə et]Maldiv Respublikası Paytaxt Male və 20 adalar qrupundan ibarət olan 8 regiona (Uzaq Şimal, Şimal, Mərkəzi-Şimal, Mərkəzi, Mərkəzi-Cənub, Cənub, Uzaq Cənub və Paytaxt) bölünür.
Dövlət başçısı
[redaktə | vikimətni redaktə et]Dövlət və hökumət başçısı olan Prezident ölkə Parlamenti tərəfindən seçilir. Lakin Prezidentliyə namizəd şəxs ilk növbədə ümumxalq referendumunda təsdiq edilməli və ən azı 51% səs toplamalıdır. Prezidentin ümumi səlahiyyət müddəti qeyri-məhduddur.
Tərkibi Parlamentin deputatlarından və dövlət qulluqçularının korpusundan təşkil olunan Nazirlər Kabinetinə Prezident rəhbərlik edir. Dövlət başçısı müstəsna səlahiyyətlərindən istifadə edərək 14 nazirin hər birini təyin və yaxud azad edə bilər və buna görə Parlament qarşısında heç bir məsuliyyət daşımır.
Maldiv Respublikasının 2008-ci ilin avqust ayında qəbul edilmiş yeni Konstitusiyasına əsasən Prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır, yerli hakimiyyət orqanlarının hüquqları genişləndirilmişdir. Konstitusiyaya əsasən ölkədə çoxpartiyalı siyasi sistemin mövqeyi möhkəmləndirilmiş, insan hüquqları üzrə komissiyanın, Ali Məhkəmənin və Seçki Komissiyalarının hüquqları genişləndirilmişdir.
İcraedici hakimiyyət
[redaktə | vikimətni redaktə et]Maldiv Respublikasında icraedici hakimiyyətə — Nazirlər Kabinetinə Prezident başçılıq edir. Baş Nazir vəzifəsi 1975-ci ildən ləğv edilmişdir. Nazirlər Kabinetinin üzvləri Prezident tərəfindən parlamentin deputatlarından və ya dövlət qulluqçularından təyin edilir və ya azad olunur.
Qanunverici hakimiyyət
[redaktə | vikimətni redaktə et]Maldiv Respublikasının qanunverici hakimiyyət orqanı bir palatalı Xalq Məclisidir. Parlamentin 50 üzvü 5 il müddətinə seçilir. (onlardan 42 nəfəri ümumi seçkilərin nəticələrinə əsasən müəyyən olunur, 8 nəfəri isə Prezident tərəfindən təyin olunur. Parlamentin səlahiyyətlərinə ölkə Konstitusiyası istisna olmaqla bütün qanunların baxılması və qəbulu, dövlətin illik büdcənin təsdiqi, beynəlxalq müqavilə və sazişlərin ratifikasiyası və s. məsələlər daxildir. Parlament tərəfindən qəbul edilmiş qərarlar təsdiq olunmaq üçün Prezidentə təqdim olunur. Prezident qərar layihəsini təkrar müzakirə olunmaq üçün parlamentə qaytarmaq hüququna malikdir. Qərar layihəsi təkrar müzakirə zamanı deputatların 2/3 hissəsi tərəfindən qəbul edərsə, Prezident həmin qanunu təsdiq etməlidir. Ənənəyə əsasən parlamentin sessiyaları ildə 2–3 dəfə çağrılır. Maldiv Respublikasında 21 yaşına çatmış bütün vətəndaşlar seçki hüququna malikdirlər.
Məhkəmə hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Ali Məhkəmə, 8 aşağı instansiya məhkəməsi və 19 yerli şəhər məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.
Prezident tərəfindən təyin edilən, dövlət başçısının və formal olaraq Hökumətin qarşısında məsuliyyət daşıyan inzibati vahidliklərin rəhbərləri də kifayət qədər məhkəmə səlahiyyətlərinə malikdirlər. Yerlərdə şəriət hüquq sisteminin elementlərindən geniş istifadə edilir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Печуров Л. В. Мальдивская Республика. — М., 1973.
- Мальдивы. Карманный путеводитель. — М., 1997.
- Мальдивские острова (Путеводитель Ле Пти Фюте). — М., 2001.
- Страны мира. — М., 2003.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "CIA - The World Factbook". 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.