Mamay məscidi
Mamay məscidi | |
---|---|
39°45′42″ şm. e. 46°45′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Q.Əsgərov küçəsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | naməlum |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 5166 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Mamay məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir.
İki mərtəbəlidir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamayı məscidi vaxtilə poeziya evi olmuşdu[1]
Şuşada tikilmiş məhəllə məscidlərinin üzərində bir, cümə məscidlərinin üzərində isə iki minarə var. Cümə məscidləri həcminə, memarlıq üslubuna, xarici və daxili divarlarına yazılan "Qurani Kərim" dən olan surə və ayələrinə görə məhəllə məscidlərindən fərqlənirlər.[2]
Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan (Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi) və ya müstəvi səpkisində işlənmiş (Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidi) həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- UNESCO Azərbaycan Arxivləşdirilib 2020-10-25 at the Wayback Machine
- Qarabağdakı ibadət evləri
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "kataloq.gomap.az". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- ↑ Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
- ↑ Rayihə Əmənzadə. Azərbaycan Memarlığı XV-XIX əsrin əvvəllərində. III (1000 nüs.). Bakı: Şərq-Qərb. 2013. səh. 220. ISBN 978-9952-32-020-6.