Mirça Eliadi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirça Eliadi
rum. Mircea Eliade
Doğum tarixi 9 (22) mart 1907[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 aprel 1986(1986-04-22)[3][4][…] (79 yaşında)
Vəfat yeri
Elm sahəsi dinşünaslıq
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirça Eliadi (9 (22) mart 1907[1][2][…], Buxarest[5]22 aprel 1986[3][4][…], Çikaqo[5]) — din tarixçisi və filosof.

Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanikaentomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiyafəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə SanskritHind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi.[6] Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü. 1933-cü ildə daha sonra Fransız dilində (fr. Yoga: Essai sur les origines de la Mystique Indienne )[7] yayımlanacaq dissertasiya işini yazdı. Adından da göründüyü kimi, doktorluq dissertasiyası yoqanın müxtəlif perspektivlərdən təhlili haqda idi. 1933-cü ildən 1939-cu ilə qədər Buxarest Universitetində fəlsəfə və din tarixi mövzuları başda olmaq üzrə, bir çox fərqli mövzuda dərs dedi.

Müharibə illərində İngiltərədə idi və döyüş sonunda Rumıniya Sovet idarəsinə keçdiyi zaman Rumıniyaya qayıdışı imkansızlaşdı. 1945-ci ildə Parisə getdi, qonaq professor olaraq École des Hautes Études-də çalışdı.[8] 1951-ci ildə ən məşhur əsərlərindən biri olan "Şamanizm" dərc edildi. 1956-cı ildə Parisdən Amerikaya köçdü və Çikaqo Universitetində dərs dedi. Daha sonra, 1958-ci ildə Çikaqo Universitetində Dinlər Tarixi kürsüsünün başçılığına keçdi. 1961-ci ildə "Dinlərin tarixi" jurnalını təsis etdi. 1986-cı il aprelin 22-dən ölümünə qədər Çikaqo Universitetində işləməyə davam etdi və bir çox mühüm əsər yazdı.

Bu gün əsərləri bir-birindən fərqli dillərə tərcümə edilmiş Mirça Eliadi dinlərin tarixində ən vacib alimlərdən birinə çevrildi.[9]

  1. 1 2 The Fine Art Archive. 2003.
  2. 1 2 Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Mircea Eliade // Internet Speculative Fiction Database (ing.). 1995.
  5. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118529803 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. "Receptarea operei lui Mircea Eliade in Italia: un bilant critic". www.revista22.ro. Arkivert fra originalen 3. januar 2017. Besøkt 2. januar 2017.
  7. Sasu, Aurel (2006). Dictionarul biografic al literaturii romane (A-L). Pitesti: Paralela 45. s. 553. ISBN 973-697-758-7.
  8. Cave, David (28. januar 1993). Mircea Eliade's Vision for a New Humanism (engelsk). Oxford University Press. ISBN 9780195360738.
  9. Einar Thomassens innledning til Det hellige og det profane og andre skrifter