Mirəli Axundov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirəli Axundov
Doğum tarixi 22 fevral 1902(1902-02-22)
Doğum yeri
Vəfat tarixi 1992
Vəfat yeri
Uşaqları Fuad Axundov (alim)
Ellada Axundova
İş yeri
Təhsili
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 1946

Axundov Mirəli Abdulla oğlu (22 fevral 1902, Nuxa1992, Bakı) — BDU-nun biologiya fakültəsinin ilk məzunlarından, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi.

Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi – üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir.

  • "İnsan genetikasına səyahət" Bakı 1975
  • Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.131

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]