Zəngilər

Vikipediya, azad ensiklopediya
(Mosul Atabəyləri səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Zəngilər
Bayraq
Bayraq
 
 
 
 
1127 — 1250

Paytaxt Mosul, Dəməşq, Hələb
Dövlət dini islam
Valyuta Dinar
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir.

Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.[1]

Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, HələbDəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş.

Prof. F. Cəlilov qeyd edir ki, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır.[2] Azərbaycan bölgələrindən 1403-cü ildə keçən Klavixo elçi heyətinin Miyanə yolunda dincəldiyi Sanqa şəhəri haqqında yazır: "Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, bu əvvəllər Azərbaycanın ən iri şəhəri imiş".[3]

İrəvan mahalı birbaşa Assur hücumlarına məruz qalmadığı üçün yalnız bu mahalın güney periferiyaları barədə Asur mənbələrində məlumat vardır. Arazdan aşağı, Urmu gölünün quzey sahilləri Asur qaynaqlarında Sanqibut ölkəsi adlanır. Qədim türk dilində but // bud "tayfa", "boy" anlamında işlənən sözdür və "xalq" anlamlı budun sözü də bu kökdən yaranmışdır. Həmin bölgədə, Maku şəhərinin güneyində axan indiki Zəngi-mar çayının adı məhz qədim sanqi//zəngi boylarının nişanəsidir. Asur qaynaqları Urmu gölündən aşağıda da zəngilərin yaşadığından xəbər verir. Buradakı Zəngi ölkəsinin adına Bit — SanqiBit — Sanqibut şəklində rast gəlirik ki, bu da həmin adın asur dilindəki ev, yurd anlamında işlənən "bit" sözü ilə verilməsi, yəni asurca "sanqi (boyunun) yurdu" anlamında işlənməsidir. Bu bölgədən m.ö. VIII əsrdə asurların Suriyaya deportasiya etdikləri boylar içində sanqilli (zəngili) tayfa adı da e.ə. 738-ci ilə aid Tiqlatpalasar annalında qeyd olunmuşdur.[4]

Paytaxtı Hələb olaraq qurulan Zəngilərin paytaxtı 1154-cü ildən sonra Dəməşq olub. Zəngilər xanədanının banisi Ağsungur, Səlcuqlu ordusunda bir hərbçi və Hələbin Səlcuqlu valisi Tutuşun ata bəyi idi. İraq valiliyinə təyin olunan İmadəddin Zəngi, 1127-ci ildə Mosul, 1128-ci ildə Hələb və sonra da Suriya şəhərlərini ələ keçirib. İmadəddin Zəngi, siyasi bacarığı ilə və Səliblərə qarşı nailiyyətli mübarizəsilə, Mesopotamiyanı və Surıyanın böyük bir hissəsini hakimiyyətinə daxil edib.

İmaməddin Zənginin oğlu Nurəddin Mahmud Zəngi Suriyada fəth işlərini başladaraq 1154-cü ildə Dəməşqi ələ keçirib. Nurəddinin qardaşı Seyfəddin isə 1146–1149-cu illər arasında Mesopotamiyanı fəth edib. Seyfəddin Zəngi xanədanın Mosul bölgəsini təşkil edib və 1146–1262-ci illər arasında hakimiyyətdə olub. Zəngi idarəsini zirvəyə çıxaran şəxs isə Nurəddindir. O, hakimiyət sahəsini Fatimi Dövləti idarəsindəki Misirə qədər genişlədib və ailənin bütün tayfalarını hakimiyyətinə daxil edib. Nurəddinin oğlu İsmayil 1174-cü ildə Zəngilərin xidmətində güclənən Səlahəddin Əyyubi yə məğlub olub. Zəngi xanədanının Sincar qolu 1220-ci ildə, Cəzirə qolu 1250-ci ildə Əyyubilər Dövləti və Mosul qolu isə 1262-ci ildə Elxanlılar dövləti tərəfindən aradan qaldırılıb.

Hökmdar şəcərələri

[redaktə | mənbəni redaktə et]
  1. I İmadəddin Zəngi (1127–1146)
  2. I Seyfəddin Qazi (1146–1149)
  3. Qütbəddin Məvdud (1149–1170)
  4. II Seyfəddin Qazi (1170–1180)
  5. I İzzəddin Məsud (1180–1193)
  6. I Nurəddin Arslan Şah (1193–1211)
  7. II İzzəddin Məsud (1211–1218)
  8. II Nurəddin Arslan Şah (1218–1219)
  9. Nəsrəddin Mahmud (1219–1222 ya da 1234)

Hələb atabəyləri

[redaktə | mənbəni redaktə et]
  1. I İmadəddin Zəngi (1127–1146)
  2. Nurəddin Mahmud Zəngi (1146–1174) + Şam atabəyi (1154–1174)
  3. Məlik Saleh İsmayıl Zəngi (1174–1181) + Şam atabəyi (1174)
  4. II İmaddədin Zəngi (1181–1183)

Sincar atabəyləri

[redaktə | mənbəni redaktə et]
  1. II İmadəddin Zəngi (1171–1197)
  2. Qütbəddin Məhəmməd (1197–1219)
  3. İmadəddin Çahənşah (1219–1220)
  4. Cəlaləddin Mahmud (1219–1220)
  5. Fəthəddin Ömər (1219–1220)

Cəzirə atabəyləri

[redaktə | mənbəni redaktə et]
  1. Müzəddin Səncər şah (1180–1208)
  2. Müzəddin Mahmud (1208–1241)
  3. Mahmud Məlik Zahir (1241–1250)

Zəngilərin hökmdar sülaləsi

[redaktə | mənbəni redaktə et]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ak Sunqur
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hələb Atabəyliyi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Zəngi
1.(1127-1146)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Qazi
2.(1146-1149)
 
Məvdud
3.(1149-1170)
 
 
 
 
 
 
Nurəddin
ii.(1146-1174)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II Qazi
4.(1170-1180)
 
I Məsud
5.(1180-1193)
 
 
II Zəngi
iv.(1181-1183)
 
Saleh
iii.(1174-1181)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Arslan
6.(1193-1211)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II Məsud
7.(1211-1218)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II Arslan
8.(1218-1219)
 
Mahmud
9.(1219-1222)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  1. Чокан Валиханов. Избранные произведения. M. 1986, səh 260
  2. F. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006, səh 68
  3. Путешественники об Азербайджане. I т., Б. 1961, səh 56
  4. И. M.Дьяконов. История Mидии. M.-Л. 1956, səh 199