Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: SSRİ (rus.Союз Советских Социалистических Республик, СССР) — 1922-1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marsizm-leninzm – radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya imperiyasının varisi olmuşdur.Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2.
Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln).
SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil etmişdir. SSRİ yaradılarkən onun əsasında 4 dövlət qurumu olmuşdur – Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-cı ilədək SSRİ-nin tərkibində əlavə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdi. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalandı. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət ittifaqa çevrildi. İkinci dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də ( keçmiş Kenisberq əyaləti ) ona nəsib oldu.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Tarixə nəzər
Qırmızı terror — Sovet Rusiyasında Qırmızı terror kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar idi. Sovet tarixşünaslığında Qırmızı Terrorun 1918-ci il, 2 sentyabrdaYakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq, Sergey Melqunovdan başlayaraq bir-çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi (1918-1922) dövrünü əhatə etdiyini qeyd edirlər. Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Çeka tərəfindən Fransa İnqilabının1794-cü il, 28 iyulda başa çatmış "Terror idarəçiliyi"nin (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı "Ağ Terror" dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror (fr.la Grande Terreur) kimi tanınır).
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
AKP-nin birinci katibi
İmam Daşdəmir oğlu Mustafayev (1910 – 1997) — bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954-59-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi. İmam Mustafayev 25 fevral1910-cu ildə Azərbaycanın Qax rayonunun Əmbərçay kəndində , kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1934-40 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ymumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul olunur. 1940-54 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilir. Qırmızı Əmək Bayrağı, Şöhrət, Qırmızı Bayraq və Şərəf Nişanı ordenləri ilə təltif edilmişdir.
Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilininrus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 12 iyun1959-cu ildə, o "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edildi və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarıldı. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri olmuş (1954-70), 1971 ildən həmin institutun direktoru olmuşdur.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Mədəniyyət
Yuri Vladimiroviç Nikulin (rus.Юрий Владимирович Никулин) — rus aktyoru və klounu.
Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı.
Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.
Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirdilər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yarandı. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Bilirsinizmi ki...
SSRİ-nin ikinci dövlət başçısı, İosif Stalin əslən gürcü olmuşdur...
SSRİ-də Sovet İttifaqı Qəhrəmanı adı ikinci dəfə veriləndə bu ad "Qızıl ulduz" medalı ilə əvəz olunurdu. "Qızıl ulduz" medalı alan şəxsə vətənində bürünc büst qoyulurdu. Azərbaycanda bu ada iki dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür.
Seçilmiş şəkil
Dünyada 100 milyondan çox istehsal olunmuş SSRİ istehsalı AK-47
İosif Stalin – SSRİ partiya, dövlət və siyasi xadimi, 1922-ci ildən ÜKP(B) MK-nın Baş katibi, 1941-ci ildən SSRİ Xalq Komisarları Sovetinin və 1946-cı ildən SSRİ Nazirlər Sovetinin Sədri. 1924-cü ildən etibarən SSRİ-nin qeyri-məhdud hakimiyyətə malik diktatoru.
Stalin insan hüquqları anlayışının qeyri-mümkün olduğu, sərt komanda-idarəetmə sistemli, hərbiləşdirilmiş iqtisadiyyata malik, sivil dünyadan təcrid qapalı bir dövlət qurmuşdu. Bu sistem ölkəni iqtisadi inkişafına xeyli təkan versə də, bu milyonlara insanın qanı hesabına baş verdi. Onun idarəetməsistemi və metodları tarixə stalinizm adı ilə düşmüşdür.
Aslanov Həzi Əhəd oğlu — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlıgeneral-mayor. Həzi Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
Məqaləni oxu...