Vəkil Mustafayev
Vəkil Mustafayev | |
---|---|
Doğum tarixi | 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 2019 |
Vəfat yeri | |
Dəfn yeri |
Vəkil Mustafayev (1938, Səmərqənd – 19 aprel 2019, Brüssel) — sovet KQB agenti, kürd separatçısı. 1992-ci ilin mayında, Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından iki gün sonra bu ərazilərdə qondarma "Laçın Kürd Respublikası" elan edib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vəkil Mustafayev 1938-ci ildə Özbəkistanda, sürgünə göndərilmiş kürd ailələrindən birində anadan olub, 80-ci illərin əvvəlləriinə qədər Orta Asiyada yaşayıb və işləyib. 1980-ci ildə həbs təhlükəsindən yayınmaq üçün Naxçıvana qaçdı. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdılar. Ermənistana, Azərbaycana, Moskvaya onun yaxşı kadr olması, ona böhtan atılması barədə yazdılar.[1] 1981-ci ildə o, Azərbaycanda işləməyə göndərilib və daxili işlər orqanlarında vəzifə tutub. "Musto" ləqəbli sovet KQB-sinin agenti kimi tanınırdı və ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda erməni separatizmi baş qaldıranda o vaxtkı Əli Bayramlı şəhərinin polis rəisinin müavini işləmişdi. Onun həyat yoldaşı əslən rusdur, Sovet ordusunda zabit kimi qulluq göstərirdi.
V. Mustafayevin son üç ildir yaşadığı Belçikanın Brüssel şəhərində 2019-cu il aprelin 19-da astma xəstəliyindən öldüyü bildirilir. Kürd separatçısı daha əvvəl İtaliyada yaşayırdı. Vəkil Musfatayev İraqın şimalındakı Kürdüstan muxtariyyətinin inzibati paytaxtı Ərbildə təşkil olunmuş rəsmi dəfn mərasimindən sonra Şeyx Əhməd məzarlığında dəfn olunub.
Separatçılıq faəliyyəti
[redaktə | mənbəni redaktə et]Qarabağda erməni separatizmi başlayanda Mustafayev də kürd separatçı hərəkatı başladır və Orta Asiya, İraq, İran və Suriya kürdləri ilə təmasa keçərək “Yakbun” adlı kürd milli hərəkatını yaradır. 1992-ci ilin mayında Laçın işğal olunandan sonra Yerevan bələdiyyəsinin təşkilatçılığı ilə təxminən 50-yə qədər kürd Vəkil Mustafayev başda olmaqla avtobuslarla bu rayona gətirilmişdi. 1992-ci il mayın 20-də həmin qrup tərəfindən Laçında “kürd respublikası” elan edilib, Vəkil Mustafayev qondarma “respublikanın” “baş naziri” seçilib. Lakin işğal edilmiş Azərbaycan ərazilərini kürd əhalisi tərk etdiyi üçün,[2] qondarma “kürd respublikası” yaratmaq planı tezliklə iflasa uğrayıb, Mustafayev Ermənistanı tərk edərək Rusiyanın Krasnodar şəhərinə, oradan isə Avropaya üz tutub.[3]
Kitabları
[redaktə | mənbəni redaktə et]"Qafqaz Kürdüstanının tarixi", Zəngəzur yayınevi, Qırğızıstan, 2011[mənbə göstərin]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Laçın Kürd Respublikası" – İngilis vikipediyasında". 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
- ↑ Lachin Kurdish Republic is declared Arxiv surəti 4 oktyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 4, 2013, at the Wayback Machine
- ↑ "1992-ci ildə Laçında qondarma "kürd respublikası" elan etmiş Vəkil Mustafayev öldü". 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.