Viki Abidələri Sevir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
2023-cü ildə müsabiqədə iştirak edən ölkələrin xəritəsi

Viki Abidələri Sevir (ing. Wiki Loves Monuments) — hər il sentyabr ayında Vikipediya cəmiyyəti tərəfindən keçirilən fotomüsabiqə. İştirakçılar tarixi abidələrin və görməli yerlərin şəkillərini çəkir, daha sonra isə onları "Wikimedia Commons"a yükləyirlər. Məqsəd iştirak edən ölkələrdəki memarlıq irsinə diqqəti cəlb etməkdir.

Müsabiqənin tarixi

[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq müsabiqə 2010-cu ildə Niderlandda keçirilmişdir. Növbəti ildə müsabiqə Avropanın daha bir neçə ölkəsində keçirilmişdir, və Ginnesin Rekordlar Kitabına əsasən, ən çox içtirakçısı olan fotobüsabiqə kimi dünya rekordunu vurmuşdur[1]. Müsabiqədə 18 ölkə iştirak etmişdir[2][3], bu vaxt ərzində iştirakçılar isə 170 000-nə yaxın şəkil yükləmişdilər. Ginnesin Rekordlar Kitabında qeyd olundiğu kimi, müsabiqə 5000-dən artıq iştirakçı tərəfindən "Wikimedia Commons"a yüklənilmiş 168 208 şəkil ilə ən böyük fotomüsabiqə olmuşdur[1].

2012-ci ildə müsabiqə Avropa hüdudlarını keçmişdir. Həmin il müsabiqədə 35 ölkə iştirak etmişdir[4]. Müsabiqədə Dehlidə yerləşən Səftərcanqın məqbərəsinin fotoşəkli qalib gəlmişdir. Ümummilikdə müsabiqə zamanı kommonsa 350 000-dən artıq şəkil yüklənilmişdir[5][6]. Bu müsabiqə ötən ilkinin rekordunu təzələmişdir. Ginnesin Rekordlar Kitabında qeyd olundiğu kimi müsabiqədə 353 768 şəkil iştirak etmişdir[1].

Vizen viaduku (körpüsü), İsveçrə.
2013-cü ildə keçirilmiş müsabiqənin qalibi

2013-cü ildə müsabiqədə 50 ölkə, o cümlədən də Azərbaycan iştirak etmişdir. Müsabiqə zamanı 370 000-dən artıq fotoşəkil yüklənilmişdir, finala isə 503 fotoşəkil seçilmişdir. Qalib David Qubler adlı isveçrəli içtirakçı tərəfindən yüklənilmiş İsveçrədə yerləşən Vizen viadukunun (körpüsü) fotoşəkli olmuşdur[7].

Müsabiqənin qaydaları asandı. İştirak edən ölkə abidələrin ünvanı və inventar nömrəsi ilə siyahı təqdim etməlidir. İştirak edənlər isə həmin siyahıda olan abidələri sentyabırın 1-dən 30-ə kimi "Wikimedia Commons"a yükləməlidilər (bunun üçün "Wikimedia Commons"da qeydiyyatdan keçmək lazımdır). Müsabiqədə iştirak edən fotoşəkil istənilən vaxt çəkilə bilər, ancaq sentyabr ayında CC-BY-SA 3.0 lisenziyası altında yüklənilməlidir.

Abidələrin siyahıları

[redaktə | mənbəni redaktə et]

Müsabiqədə iştirak etmək üçün fotoşəkildə siyahıda olan abidə olmalıdır. Fotoqraflar şəkilləri rəsmi inventar nömrə ilə yükləməlidilər, lakin çox vaxt onların bu nömrədən xıbırlıri yoxdur. Hal-hazırda iştirak edən ölkə yerli könüllülər tərəfindən yaradılmış abidılırin siyahısı olan ölkələrdir. Azərbaycanda bu siyahı Vikipediya könüllüləri tərəfindən yaradılmışdır (bax Vikipediya:Viki Abidələri Sevir/Abidələrin siyahısı). Bu siyahıda hər bir rayon üzrə ayrıca siyahıya keçid yer alır. Bakının abidələri ayrıca siyahdadır (bax Vikipediya:Viki Abidələri Sevir/Abidələrin siyahısı/Bakı).

Yükləyənlərin işini asanlaşdırmaq üçün abidələrin siyahısında abidənin adı, yerləşdiyi ünvan, inventar nömrəsi, koordinatları, tikilmə tarixi yer alır. Məsələn Qız Qalası siyahıda bu cür görünür:

Şəklin altında yerləşən "Digər şəkillər" keçidinə keçməklə Qız Qalasının Commons-da olan digər şəkillərinə baxmaq olar. "Başqa şəkil yüklə" keçidinə keçməklə isə abidənin müsabiqədə iştirak edə bilən şəklini yükləmək olar.

  1. 1 2 3 Guinness World Records, Largest photography competition Arxivləşdirilib 2014-08-27 at the Wayback Machine, 2012.
  2. Bologna su 'Wiki loves monuments' La raccolta delle foto più belle Arxivləşdirilib 2019-06-29 at the Wayback Machine, dans Il Resto del Carlino, 11 août 2012, consulté le 22 août 2012. "In 2011, the competition has also increased, with the participation of 18 European countries that helped with 170,000 images, and now has the support, among others, the Council of Europe and the European Commission."
  3. Chenu, Isabelle. "Le site Wikipédia aime les monuments" (French). Radio France Internationale. 25 September 2011. 12 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2012. So far, there are 18 European countries participating in the contest.
  4. Eglash, Ruth. "Hundreds of cultural sites to be visually documented during "Wiki Loves Monuments event."". Jerusalem Post. 28 August 2012. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2012.
  5. Phadnis, Renuka. "Indians win in Wiki mega photo contest". The Hindu. Bangalore, India. 7 December 2012. 12 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2012.
  6. "Indian photo wins Wiki Loves Monuments online contest". BBC. 7 December 2012. 19 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2012.
  7. "«Википедия» назвала самое красивое архитектурное сооружение в мире". NEWSru.com. 2013-12-13. 2013-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]