Vikipediya:Bilirsinizmi/3. Həftə 2025
Görünüş
- Yuli Sezar ikinci arvadı Pompeyadan Yaxşı ilahə ritualları (şəkildə) ilə bağlı qalmaqalda iştirak etdiyi üçün boşanmışdır.
- Rumıniya Sosialist Respublikasında pravoslav ruhanilərin böyük əksəriyyəti məxfi polis orqanı olan "Sekuritate"nin əməkdaşı idi.
- İzmirdə baş tutan ənənəvi Rakıspor–Şarapspor futbol oyunlarında oyunçular və hakimlərin meydana sərxoş halda çıxması məcburi idi.
- Coğrafi kəşflər dövründə Roma yazıçısı Senekanın I əsrdə ərsəyə gətirdiyi "Medeya" əsərində Amerikanın kəşfini proqnozlaşdırdığına inanılırdı.
- Tobu Zooparkında saxlanılmış pinqvin Qreyp-kun 2017-ci ildə anime personajına "aşiq olmuşdur".