Vikipediya:Vikipediyadakı məzmun sizin etiraz etməyinizə səbəb ola bilər
Azad ensiklopediya olan Vikipediyanın vəzifəsi əhəmiyyətli bilikləri sənədləşdirməkdir. Buna görə də Vikipediya müxtəlif mövzularda milyonlarla məqalədən ibarətdir. Bu mövzuların nisbətən kiçik bir hissəsi dövlət qurumları, təhsil müəssisələri, valideynlər və ya digər filtrləmə sxemləri tərəfindən senzuraya malik qalır.
- Bəzi Vikipediya məqalələrində oxucular tərəfindən təhqiredici və ya vulqar olaraq qəbul edilən sözlər və ya ifadələrdən istifadə edilmişdir.
- Məqalələrdə bəzi mədəniyyətlər tərəfindən qorunan insanların və ya hadisələrin audio, vizual və ya yazılı təsvirləri ola bilər.
- Vikipediyada çox sayda şəkil mövcuddur. Onlardan bəzilərini təhqiramiz və uyğunsuz hesab edə bilərsiniz. Məsələn, bəzi məqalələrdə cinsi fəaliyyətlərin və ya insan anatomiyasının təsvirləri ola bilər.
- Bir çox məqalədə mübahisəli mövzuların açıq müzakirəsi aparılmaqdadır. Bir sıra ölkələrin qanunvericiliyi bəzi mövzular haqqında məlumat yayımlamağı və ya hətta materialları araşdırmağı kriminallaşdırır. Digərləri təhlükəli və ya riskli fəaliyyətlər haqqında məlumatları ehtiva edir (bax: Vikipediya:Məsuliyyətdən imtina və Vikipediya:Risk məsuliyyətindən imtina).
- Vikipediyada spoylerlər var.
- Vikipediyada posttravmatik stress pozuntusu olan insanların vəziyyətini pisləşdirə biləcək qıcıqlandırıcılar ola bilər.
- Vikipediyada epileptik tutmalara və digər tibbi problemlərə səbəbiyyət verə biləcək şəkil və videolar ola bilər.
- Vikipediya töhfə vermək üçün hər kəsə açıqdır. Buna görə də Vikipediyada istənilən vaxt vandalizm hallarına rast gələ bilərsiniz.
- Vikipediyada, ümumiyyətlə, mütəxəssislər tərəfindən verilmiş tibbi, hüquqi və digər məlumatları tapa bilərsiniz. Vikipediyada peşəkar məsləhətlər verilmir. Xahiş edirik, Vikipediyanın hüquqi və ya tibbi məsləhətlər vermədiyini unutmayın.
Eyni zamanda Vikipediyadakı məzmun mövcud qüvvədə olan Vikipediya siyasətlərini (xüsusən də [[Vikipediya:Neytral mövqe|neytral mövqe) və ya Vikipediya serverlərinin yerləşdiyi Amerika Birləşmiş Ştatları qanunlarını pozmaması şərtilə istənilən məlumatın dərc olunmasını dəstəkləyir.
Hər halda Vikipediya daim inkişaf prosesindədir. Buna görə də təkmilləşdirilməyə ehtiyacı olan bir çox məqalədə qrammatik və ya faktiki səhvlər buraxıla, qərəzli və ya dublikat məzmun daxil edilmiş ola bilər. Oxucularımız bu problemlərin öhdəsindən gəlməyimizə kömək etsələr, şad olarıq. Məqalələrin böyük əksəriyyəti, əsasən, bu mövzuda mütəxəssis olmayan və bu sahədə akademik və ya peşəkar dərəcəsi olmayan insanlar tərəfindən yazılır.
Vikipediyada dgiər ensiklopediyalarda olmayan müəyyən məlumatlar ola bilər. Vikipediyanın əhatə etdiyi təcrübə sahələri müxtəlifdir və könüllü müəlliflərin perspektivlərindən asılıdır. Oxucular müəyyən bir mövzunun Vikipediyada mövcud olduğuna əsaslanaraq onun vacibliyini mühakimə etməməli və bir mövzunun sadəcə Vikipediyada əhatə olunduğuna görə vacib olduğunu qəbul etməməlidirlər.
Həmçinin nəzər yetirin: Vikipediya:Yoxlanıla bilmə.