Soroki qalası
Soroki qalası | |
---|---|
rum. Cetatea Soroca | |
48°09′40″ şm. e. 28°18′19″ ş. u.HGYO | |
Ölkə | Moldova |
Şəhər | Soroki |
Sifarişçi | III Stefan, Pyotr Rareş |
Tikilmə tarixi | 1499 |
Vəziyyəti | bərpa olunur |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Soroki qalası (rum. Cetatea Soroca) — Moldovanın Soroki şəhərində yerləşən tarixi qala.
Tarix
Soroki qalası 1499-cu ildə Moldova şahzadəsi III Stefan tərəfindən tikdirilmişdir.
Dnestr çayı (rum. Nistru) üzərindəki çay keçidini müdafiə edən orijinal taxta qala Dnestr üzərindəki 4 qaladan (məsələn, Akkerman və Xotin), Danube çayı üzərindəki 2 qaladan və orta Moldovanın şimal sərhədində yerləşən 3 qaladan ibarət istehkam zəncirinin ən əhəmiyyətli həlqəsi təşkil edirdi. 1543–1546-cı illərdə Pyotr Rareş qalanı daşdan yenidən tikdirmişdir və qalaya bərabər məsafələrdə yerləşən 5 bürc əlavə etmişdir.
Böyük Türk müharibəsində III Sobeski qalanı osmanlılara qarşı uğurla müdafiə etmişdir. Qala I Pyotrun 1711-ci ildəki Prut yürüşündə böyük hərbi əhəmiyyətə malik idi. Rusiya-Osmanlı müharibəsi dövründə (1735–1739) istehkam ruslar tərəfindən talan edilmişdir.
Soroki qalası Soroki şəhərinin görməli yerlərindən biri hesab olunur.
Memarlıq
Qalanın hazırkı vəziyyəti özündə orta əsrlər istehkamlarının ən təkmilləşmiş xarakteristikalarını əks etdirir. Belə bir fərziyyə var ki, istehkamı tikdirən mütəxəssis Qərbi Avropanı gəzərək regionun memarlıq ideyalarını Moldovaya gətirmişdir:
- Divarlar dik tikilməmişdir, amma əyri forma ilə atıcılara qarşı dirənmək daha asandır. Buna görə qalanın 4 çıxış qülləsi var.
- Qüllələr dairəvi formadadır. Bunun sayəsində qalanı müdafiə edən müxtəlif bucaqlar altından atəş aça və qala divarlarının bünövrəsini qoruya bilərlər. Bütün tikilinin diametri 30 metr, qüllələrin diametri 4 metrdir. Hər qüllə 4 mərtəbəlidir. Daha alçaq olan ilk iki mərtəbə artilleriya üçün istifadə olunmuşdur. Divarların qalınlığı 3 metrdir və əvvəllər burada qazılmış xəndəyə dair izlər var. Əsas qüllənin 3 qapısı var. Bu qapıların arasında döyüşlər zamanı bağlı olan qala darvazası var. Qaladakı kiçik kapelladan qarnizon istifadə edə bilərdi.[1]
Bütün bunlara baxmayaraq barıtın geniş istifadə edilməsinə görə qala yararsız hala gəlmişdir.[2]
Qalereya
-
1941-ci ilin poçt markası
-
1995-ci ilin poçt markası
İstinadlar
- ↑ BULAT, Nicolae. Județa Soroca, file de istorie (rumın). Chisinau: Editura ARC. 2000. 22–23. ISBN 9975-61-139-7.
- ↑ BULAT, Nicolae. Județa Soroca, file de istorie (rumın). Chisinau: Editura ARC. 2000. 20–21. ISBN 9975-61-139-7.
Xarici keçidlər
- Molddata.md: Cetatea Soroca Arxivləşdirilib 2007-10-10 at the Wayback Machine (rum.)
- Soroki qalası (rum.)
- Сорокская крепость Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine (rus.)
- Cetatea Soroca Arxivləşdirilib 2007-08-09 at the Wayback Machine (rum.)