Soroki qalası
Soroki qalası | |
---|---|
rum. Cetatea Soroca | |
48°09′40″ şm. e. 28°18′19″ ş. u.HGYO | |
Ölkə | Moldova |
Şəhər | Soroki |
Sifarişçi | III Stefan, Pyotr Rareş |
Tikilmə tarixi | 1499 |
Vəziyyəti | bərpa olunur |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Soroki qalası (rum. Cetatea Soroca) — Moldovanın Soroki şəhərində yerləşən tarixi qala.
Tarix
[redaktə | mənbəni redaktə et]Soroki qalası 1499-cu ildə Moldova şahzadəsi III Stefan tərəfindən tikdirilmişdir.
Dnestr çayı (rum. Nistru) üzərindəki çay keçidini müdafiə edən orijinal taxta qala Dnestr üzərindəki 4 qaladan (məsələn, Akkerman və Xotin), Danube çayı üzərindəki 2 qaladan və orta Moldovanın şimal sərhədində yerləşən 3 qaladan ibarət istehkam zəncirinin ən əhəmiyyətli həlqəsi təşkil edirdi. 1543–1546-cı illərdə Pyotr Rareş qalanı daşdan yenidən tikdirmişdir və qalaya bərabər məsafələrdə yerləşən 5 bürc əlavə etmişdir.
Böyük Türk müharibəsində III Sobeski qalanı osmanlılara qarşı uğurla müdafiə etmişdir. Qala I Pyotrun 1711-ci ildəki Prut yürüşündə böyük hərbi əhəmiyyətə malik idi. Rusiya-Osmanlı müharibəsi dövründə (1735–1739) istehkam ruslar tərəfindən talan edilmişdir.
Soroki qalası Soroki şəhərinin görməli yerlərindən biri hesab olunur.
Memarlıq
[redaktə | mənbəni redaktə et]Qalanın hazırkı vəziyyəti özündə orta əsrlər istehkamlarının ən təkmilləşmiş xarakteristikalarını əks etdirir. Belə bir fərziyyə var ki, istehkamı tikdirən mütəxəssis Qərbi Avropanı gəzərək regionun memarlıq ideyalarını Moldovaya gətirmişdir:
- Divarlar dik tikilməmişdir, amma əyri forma ilə atıcılara qarşı dirənmək daha asandır. Buna görə qalanın 4 çıxış qülləsi var.
- Qüllələr dairəvi formadadır. Bunun sayəsində qalanı müdafiə edən müxtəlif bucaqlar altından atəş aça və qala divarlarının bünövrəsini qoruya bilərlər. Bütün tikilinin diametri 30 metr, qüllələrin diametri 4 metrdir. Hər qüllə 4 mərtəbəlidir. Daha alçaq olan ilk iki mərtəbə artilleriya üçün istifadə olunmuşdur. Divarların qalınlığı 3 metrdir və əvvəllər burada qazılmış xəndəyə dair izlər var. Əsas qüllənin 3 qapısı var. Bu qapıların arasında döyüşlər zamanı bağlı olan qala darvazası var. Qaladakı kiçik kapelladan qarnizon istifadə edə bilərdi.[1]
Bütün bunlara baxmayaraq barıtın geniş istifadə edilməsinə görə qala yararsız hala gəlmişdir.[2]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
1941-ci ilin poçt markası
-
1995-ci ilin poçt markası
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ BULAT, Nicolae. Județa Soroca, file de istorie (rumın). Chisinau: Editura ARC. 2000. 22–23. ISBN 9975-61-139-7.
- ↑ BULAT, Nicolae. Județa Soroca, file de istorie (rumın). Chisinau: Editura ARC. 2000. 20–21. ISBN 9975-61-139-7.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Molddata.md: Cetatea Soroca Arxivləşdirilib 2007-10-10 at the Wayback Machine (rum.)
- Soroki qalası (rum.)
- Сорокская крепость Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine (rus.)
- Cetatea Soroca Arxivləşdirilib 2007-08-09 at the Wayback Machine (rum.)