S. P. Q. R. — Qədim Roma dövlətinin rəsmi adı. Latın abreviaturudır. Roma legionlarının bayraqlarında və Roma şəhərinin küçə və keçidlərində həkk olunmuşdu.
Hal-hazırda Roma şəhərinin gerbində bu yazılar mövcuddur. Risorcimento zamanında İtaliya dövlətinin simvolu kimi də göstərilirdi. Belə ki, Birinci Dünya müharibəsi zamanında plakatlarda məhz bu sözlər yazılırdı. Benito Mussolini isə bunu ozünün rejiminin propaqandası kimi istifadə edirdi. Başlanğıcdakı S sözü(senatus) Senat sözünü, P (populus) xalq, Q (-que — və, populusque) və R (Romanus yaxud Romanorum) yəni Roma və ya Romalı kimi izah olunurdu. Bütün bu sözlərin başlaşğıcı S. P. Q. R hərfləri ilə başlayırdı. Mənası isə Senatus Populusque Romanus -Senat və Roma xalqı. İmperator Titin arkasında (81-ci il) və Trayanın kolonnasında (113-cü il) bu abreviaturaya rast gəlmək olar.