Azərbaycanda parlament seçkiləri (1995)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
2000 → | |||
Azərbaycanda parlament seçkiləri (1995) | |||
---|---|---|---|
12 noyabr 1995 | |||
Rəhbər | Heydər Əliyev | Əbülfəz Elçibəy | Etibar Məmmədov |
Partiya | Yeni Azərbaycan Partiyası | Azərbaycan Xalq Cəbhəsi Partiyası | Azərbaycan Milli İstiqlal Partiyası |
Tutulan yerlər | 50 | 3 | 3 |
Dəyişən yerlərin sayı | Yeni | Yeni | Yeni |
Əvvəlki yerlərin sayı | |||
Rəhbər | Mahmud Məmmədov | Mübariz Qurbanlı və Vaqif Kərimov | Sabir Rüstəmxanlı |
Partiya | Azərbaycan Demokratik Sahibkarlar Partiyası | Azərbaycan Demokratik İstiqlal Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası |
Tutulan yerlər | 1 | 1 | 1 |
Dəyişən yerlərin sayı | Yeni | Yeni | Yeni |
Əvvəlki yerlərin sayı | |||
| |||
Nəticə | Yeni Azərbaycan Partiyası 50 deputatla birinci partiya oldu. 20 seçki dairəsi üzrə sırası ilə 26 noyabrda, 4 fevralda və 16 fevralda təkrar və yeni seçkilər keçirildi. |
Azərbaycanda parlament seçkiləri (1995) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırışına seçkiləri.
Zəmin
[redaktə | mənbəni redaktə et]Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur. İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir.
19 sentyabr 1995-ci ildə sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur. O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər. Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi. Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi.
Haqqında
[redaktə | mənbəni redaktə et]1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir. Seçici siyahılarma daxll edilmiş 4.132.600 nəfər vətəndaşdan 3.556.277-si və ya 86,05 faizi seçkilərdə iştirak etmişdir. Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dalrəsində təkrar seçkilər və nəhayət fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırıldı. Milli Məclisə cəmi 124 deputat seçilmişdi. Bunlardan 99-u birrnandatlı seçki seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə vahid çoxmandatlı seçki dairəsindən. Seçkilərdə 8 siyasi partiya iştirak edirdi. Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat almışdı.[1]
Seçkilər birpalatalı parlamentə majoritar və proporsional seçki sistemləri üzrə keçirilirdi. Majoritar seçki sistemi ilə 100, proporsional seçki sistemi üzrə isə 25 deputat seçilməli idi. Məntəqə seçki komissiyalarının üzvlərinin 13.851 nəfəri, yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri idi.
Namizədlər
[redaktə | mənbəni redaktə et]Milli Məclis deputatlığına namizədlərin irəli sürülməsi prosesində birmandatlı seçki dairələri üzrə 1.094 nəfər namizəd göstərilmişdi. Mərkəzi Seçki Komissiyası daxil olmuş ərizə və şikayətlərin araşdırılmasının nəticələrinə görə, 175 vətəndaşı deputatlığa namizəd kimi qeydə almaqdan imtina etmək barədə 66 dairə seçki komissiyasının qərarlarını qüvvədə saxlamış, 98 nəfərin isə namizədlər siyahısına salınmasına dair həmin komissiyaların qərarlarını ləğv etmişdi.
Toplanmış seçici imzalarının həqiqiliyini yoxlamaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasında xüsusi ekspertlər qrupu işləyirdi. Seçici imzaları yoxlanıldıqdan sonra namizədlər siyahısına birmandatlı seçki dairələri üzrə 392 nəfərin, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 8 siyasi partiyanın nümayəndələrinin adları daxil edildi.
Seçkilər ərəfəsində birmandatlı seçki dairələri üzrə 11 nəfər namizədliyini geri götürmüşdü. Nəticədə, seçki bülletenlərində 99 seçki dairəsi üzrə deputatlığa 378 namizədin adı vardı.[2] Azərbaycanda qeydə alınmış 32 siyasi partiyadan 18-i seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin onlardan yalnız 12-si namizədlər göstərilməsinə dair bildiriş sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdi.
Birmandatlı seçki dairələri üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizəd göstərdiyi 86 nəfərdən 23-nün, Müsavat Partiyasının namizəd göstərdiyi 83 nəfərdən 12-sinin, Azərbaycan Milli İstiqlal Partiyasının namizəd göstərdiyi 78 nəfərdən 33-nün, Azərbaycan Milli Dövlətçilik Partiyasının namizəd göstərdiyi 53 nəfərdən 13-nün, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının namizəd göstərdiyi 38 nəfərdən 10-unun, Ana Vətən Partiyasının namizəd göstərdiyi 17 nəfərdən 3-nün, Azərbaycan Naminə Alyans Partiyasının namizəd göstərdiyi 2 nəfərdən 1-nin, Azərbaycan Demokratik İstiqlal Partiyasının namizəd göstərdiyi 9 nəfərdən 4-nün namizədliyi qeydə alınmışdır.[3] Həmçinin, Yeni Azərbaycan Partiyası nümayəndələri tərəfindən fərqli məlumatlar verilsə də, yekunda namizədliyi iəli sürülmüş 89 nəfərdən 57-sinin namizədliyi qeydə alındı.[3]
Seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya (Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Azərbaycan Ümid Partiyası) Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərə buraxılmadı. Müsavat Partiyasının 29 nəfərlik siyahısında ikinci sırada Tofiq Qasımov olmuşdur. Qasımov sentyabrın 19-da qeyri-qanuni təşkilat yaratmaq və dövlət çevrilişinə çağırışlar etmək ittihamları ilə həbs edilmişdi. Müsavat Partiyası hər iki sistemində (proporsional və majoritar) 230 min imza vermişdi. Bütün bunlara baxmayaraq, Müsavat Partiyası majoritar qaydada 83 nəfər namizəd irəli sürsə də, onlardan 13-ü qeydə alındı. Seçkiyə 10 gün qalmış partiyanın başqanı İsa Qəmbər seçiciləri majoritar qaydada qatılan müsavatçılara, proporsional sistemdə AXCP-nin, XAP-ın, Qarabağa Azadlıq Təşkilatının namizədlərinə səs verməyə çağırış etdi.[4]
Bu siyasi partiyalar Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlə müraciət etdilər. Ali Məhkəmə şikayətlərə baxaraq, Mərkəzi Seçki Komissiyasının qərarlarını qüvvədə saxladı.
Ölkədəki birmandatlı seçki dairələrinin 93-də seçki namizədlərin alternativliyi qaydasında keçirdi. 30 seçki dairəsi üzrə seçki bülletenlərindəki deputatlığa namizədlərin sayı 5–9 nəfər, 2 seçki dairəsində isə hətta 11–12 nəfər idi. Səsə qoyulan 378 namizədin 165 nəfəri müxtəlif siyasi partiyaların üzvləri idi
1995-ci il noyabrın 12-də 4.591 seçki məntəqəsində səsvermənin gedişini deputatlığa 378 namizədin, 8 siyasi partiyanın nümayəndələri, vəkil edilmiş şəxslər, eləcə də yerli və 20 əcnəbi ölkənin, nüfuzlu beynəlxalq qurumların – BMT-nin, ATƏT-in, Avropa İttifaqının və digər müvafiq xarici təşkilatların müşahidəçiləri izləmişlər.
Leyla Yunusun Azərbaycan Müstəqil Demokratlar Partiyası, Karrar Əbilovun Vahid Azərbaycan Partiyası və Fəzail Ağamalının Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edərəq, müttəfiqlik edərək seçkilərə qatılmışdır.
Azərbaycan Xalq Cəbhəsi Xalq Azadlıq, Azərbaycan Yurddaş, Azərbaycan Milli Demokrat, Çağdaş Turan partiyalarının yaratdığı seçki bloku barədə AXCP sədrinin müavini Əli Kərimli sentyabrın 19-da keçirdiyi mətbuat konfransında məlumat vermişdir. 27 nəfərlik siyahıda Yurddaş 2, XAP 1, Çağdaş Turan 1, Milli Demokrat 1, AXCP 20 yer almışdır.[4]
Proporsional siyahılar
[redaktə | mənbəni redaktə et]Çoxmandatlı seçki dairəsi üzrə seçki bülleteninə aşağıdakı siyasi partiyaların adları daxil edilmişdi:
- Azərbaycan Demokratik İstiqlal Partiyası
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası
- Azərbaycan Milli Dövlətçilik Partiyası
- Azərbaycan Milli İstiqlal Partiyası
- Azərbaycan Naminə Alyans Partiyası
- Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Ana Vətən Partiyası
- Yeni Azərbaycan Partiyası
Ana Vətən Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Ana Vətən Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Fəzail Ağamalı
- Azər Bayramov
- Tofiq Əliyev
- Afət Qurbanov
- Mövlan Babayev
- Yusif Həsənov
- Zakir Məmmədov
- Yusif Bağırov
- Məhərrəm Allahverdiyev
- Yusif Yusifov
- Salam Novruzov
- Etibar Quliyev
- Bəxtiyar Bayramov
- Mikayıl Səfərov
- Maya Əlləzova
- Akif Kərimov
- İbrahim Hadıyev
- Şamil Vəliyev
- Ələkbər Məmmədov
- Yaşar Səfərov
- Vaqif İsrafilov
- Mehralı Nəzərov
- İlyas Heydərov
- Rəfail Məmmədov
- Şahin Verdəliyev
Azərbaycan Demokratik İstiqlal Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Azərbaycan Demokratik İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Fikriyyə İbrahimli
- Etibar Babayev
- Nizami Rzayev
- Şöhrət İsmayılov
- Sudabə Əliyeva
- Museyib İlyasov
- Oqtay Sultanlı
- Fəxrəddin Hüseynov
- Tofiq Abdullayev
- Maksim Abramov
- Xanımana Talıbova
- Teymur Babazadə
- Şəfiqə Nağıyeva
- Elxan Rzayev
- Maya İskəndərova
- Çimnaz Abbasova
- Rəfael Bağırov
- Arif Feyziyev
- Əlibaba Əliyev
- Natiq Nəcəfov
- Ağamirzə İsbəndiyarov
- Məleykə Həsənova
- Ramazan Salamov
- Pərvanə Mustafayeva
- Aliyə Rəhmanova
Azərbaycan Demokratik Sahibkarlar Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Eldar Əzizov
- Qasım Qasımov
- İlham Əmiraslanov
- Zeynal Nağdəliyev
- İnqilab Şəmiyev
- İndira Hacıyeva
- Nazim Hüseynquliyev
- Şəmsəddin Kərimov
- Yusif Xəlilov
- Rəşad Ağayev
- Lyudmila S?
- Məmməd Bayramov
- Səxavət Əliyev
- Rəfail Niftalıyev
- Malik Cəbrayılov
- Mübariz Əzizov
- Asim Məlikov
- Fadil Həsənov
- Çimnaz Sadıqova
- Zakir Nəcəfov
- M? A?
- Nazim Babayev
- Elxan Daşdıyev
- Mirabbas Məmmədov
- Ədhəm Seyidov
Azərbaycan Xalq Cəbhəsi Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Əli Kərimli
- Mirmahmud Mirəlioğlu
- Qulamhüseyn Əlibəyli
- Asim Mollazadə
- Arif Paşa
- Fərəc Quliyev
- Mais Səfərli (AYP)
- Vaqif Pənahov
- Novella Cəfəroğlu
- Kamil Cəlilov
- Aydın Kərimov
- Kərim Şükürov
- Kamil Vəli Nərimanoğlu
- Arif Tağıyev (ÇTP)
- Şahbaz Musayev
- İsa Bağırov
- Hüseynağa Atakişiyev
- Yadigar Məmmədli
- Elmira Muradəliyeva
- Aydın Əzimov
- Eldar Ağayev
- Mustafa Mustafayev
- Almaz Məmmədova
- Ayaz Əhmədov
- Ümidvar Məmmədov
Azərbaycan Milli Dövlətçilik Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Azərbaycan Milli Dövlətçilik Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Nemət Pənahlı
- Bəxtiyar Şahverdiyev
- Zəfər Quliyev
- Hüseyn Orucov
- Vəli Allahverdiyev
- Şahlar Abdullayev
- Şamil Mahmudov
- Zakir Musayev
- Eldəniz Quliyev
- Məmməd Orucov
- Ba? Məmmədov
- Əziz Əliyev
- Oqtay Ağayarov
- Mahir Əliyev
- Təhminə Məmmədova
- Zahid Aşırov
- Mustafa İsgəndərzadə
- Alidə Mehdiyeva
- Əhməd Bağırov
- Behbud Əhmədov
- Məmməd Qarayev
- Tofiq Rəsulov
- Ellada Əliyeva
- Kamran Məmmədov
- Dünyamalı İsayev
Azərbaycan Milli İstiqlal Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Etibar Məmmədov
- Nazim İmanov
- Şadman Hüseynov
- Vaqif Musayev
- Bəxtiyar Nəcəfov
- Elşad Qurbanov
- Zəfər Əliyev
- İsa Məmmədov
- Vahid Mürsəliyev
- Sevil Həmidova
- Arif İbrahimov
- Zahid Şərifov
- Bilal Muradov
- Nizami Məmmədov
- Yevqeniy İvanov
- Adnan Novruzov
- Məmmədəli Səfərov
- Vaqif Cavanşirov
- Qabil Camalov
- Telman Ramazanov
- Mübariz Vəliyev
- Cəmşid İrzaquliyev
- Rövşən Əliyev
- Fuad Süleymanov
- Nüşabə Orucova
Azərbaycan Naminə Alyans Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Azərbaycan Naminə Alyans Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Mübariz Əhədov
- Lütfiyar İmanov
- Cavanşir Əliyev
- Rasim Hacıyev
- İntiqam Cəbrayılov
- Ədalət Məstanov
- Babaxan Qədirov
- Yusif Mirzəyev
- Məmmədxan Soltanov
- Səmayə Qədirova
- Rəsul Salamov
- Firəngiz Sultanova
- Polad Hüseynov
- Adilə Bayramova
- Əfruz Süleymanov
- Elvira Məmmədova
- Dilarə İsmayılova
- Nazim Qurbanov
- Xatirə Süleymanova
- Mütalib Səmədov
- Lətifə Əhmədova
- Zabitə Mehdiyeva
- Soltan Hadıyev
- Leyla Mənsurova
- Lalə Əsədova
Yeni Azərbaycan Partiyası
[redaktə | mənbəni redaktə et]Proporsional seçki üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[5]
- Ziya Bünyadov
- Murtuz Ələsgərov
- Fuad Quliyev
- Əli Nağıyev
- Mixail Zabelin
- Asya Manafova
- Eldar İbrahimov
- Zahid Qaralov
- Əli İnsanov
- Zəminə Dünyamalıyeva
- Kərim Kərimov
- Şahlar Əsgərov
- Xeyrəddin Qoca
- Məzdək Hüseynov
- Ağabəy Əsgərov
- Sudeyf İmamverdiyev
- Fikrət İsmayılov
- Əli Əsədov
- Eldar Səfərov
- Əli Əlirzayev
- Ziyafət Əsgərov
- Mu? Bayramov
- Siyavuş Novruzov
- Nağı Əbdüləzimov
- İldırım Qasımlı
Nəticələr
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən seçici fəallığı 79,5% olmuşdur. 22 noyabr 1995-ci ildə açıqlanan məlumata əsasən 25 çoxmandatlı seçki dairəsi üzrə keçirilmiş proporsional seçkiləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası birinci sırada tamamlayaraq 19, sabiq dövlət katibi Əli Kərimlinin sədr vəzifələrini icra etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ikinci sırada tamamlayaraq 3, sabiq millət vəkili Etibar Məmmədovun sədrlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası isə üçüncü sırada tamamlayaraq 3 deputat mandatı qazana bilmişdir. Bu Azərbaycanda keçirilmiş son proporsional seçki olmuşdur.
Digər 100 birmandatlı seçki dairəsindən 99-da seçkilər keçirilmişdir. Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50+1%-ni toplamalı və iştirakçılıq ən az 50+1% olmalı idi, lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə, digər 8 seçki dairəsindən 4-ündə seçki aktivliyi 50+1% şərtini ödəməmiş, 3-ündə seçki qanunu pozuntuları aşkarlandığı üçün, 1-ində isə (Gəncə şəhərində) seçki materialları silahlı maskalı şəxslər tərəfindən oğurlandığı üçün 4 fevral 1996-cı il tarixinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2 fərqli təkrar seçkilər təyin olunmuşdur.[6][7] Nəticələri ləğv olunan 8 seçki dairəsindəki namizədlər eyni seçki dairəsindən yox, nəticəsi ləğv olunan başqa seçki dairələrindən namizəd olma haqqına sahib idilər. İkinci tura qalan seçki dairələrində isə seçkilər ən çox səs alan iki namizəd arasında keçirildi .[7]
26 noyabr 1995-ci ildə 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir. Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur. 5 seçki dairəsində bu seçkilərdə də lazım olan seçki aktivliyi 50+1% müddəasını yerinə yetirməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir. Bu 7 seçki dairəsi və 12 noyabr 1995-ci ildə keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur.[6]
Partiyalar üzrə
[redaktə | mənbəni redaktə et]Mandat qazanan | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yeni Azərbaycan Partiyası | Heydər Əliyev | Yeni | 31 / 100
|
2 228 435 | 62.31% |
Yeni | 19 / 25
|
50 / 125
|
Yeni | |||
Bitərəf | - | Yeni | 36 / 100
|
N/A | N/A | N/A | N/A | 36 / 100
|
Yeni | |||
Azərbaycan Xalq Cəbhəsi Partiyası | Əbülfəz Elçibəy | Yeni | 0 / 100
|
346 092 | 9.70% |
Yeni | 3 / 25
|
3 / 125
|
Yeni | |||
Azərbaycan Milli İstiqlal Partiyası | Etibar Məmmədov | Yeni | 0 / 100
|
331 865 | 9.30% |
Yeni | 3 / 25
|
3 / 125
|
Yeni | |||
Azərbaycan Demokratik Sahibkarlar Partiyası | Mahmud Məmmədov | Yeni | 1 / 100
|
142 343 | 4.00% |
Yeni | 0 / 25
|
1 / 125
|
Yeni | |||
Azərbaycan Demokratik İstiqlal Partiyası | Mübariz Qurbanlı və Vaqif Kərimov | Yeni | 1 / 100
|
106 782 | 3.00% |
Yeni | 0 / 25
|
1 / 125
|
Yeni | |||
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | Yeni | 1 / 100
|
N/A | N/A | N/A | N/A | 1 / 125
|
Yeni | |||
Mandat qazanmayan | ||||||||||||
Ana Vətən Partiyası | Fəzail Ağamalı | Yeni | 0 / 100
|
140 821 | 4.00% |
Yeni | 0 / 25
|
0 / 125
|
Yeni | |||
Azərbaycan Demokratik Maarifçilik Partiyası | Məmmədhənifə Musayev | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni | |||
Azərbaycan Xalq Demokratik Partiyası | Rafiq Turabxanoğlu | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni | |||
Azərbaycan Liberal Partiyası | Lalə Şövkət | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni | |||
Azərbaycan Milli Dövlətçilik Partiyası | Nemət Pənahlı | Yeni | 0 / 100
|
43 259 | 1.20% |
Yeni | 0 / 25
|
0 / 100
|
Yeni | |||
Azərbaycan Naminə Alyans Partiyası | Abutalıb Səmədov | Yeni | 0 / 100
|
30 811 | 0.95% |
Yeni | 0 / 25
|
0 / 125
|
Yeni | |||
Azərbaycan Sosial Demokrat Partiyası | Araz Əlizadə və Zərdüşt Əlizadə | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni | |||
Azərbaycan Sosial Rifah Partiyası | Xanhüseyn Kazımlı | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni | |||
Azərbaycan Ümid Partiyası | Əbülfət Əhmədov | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni | |||
Demokratik Azərbaycan Dünyası Partiyası | Məmməd Əlizadə | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni | |||
Müsavat Partiyası | İsa Qəmbər | Yeni | 0 / 100
|
N/A | N/A | N/A | N/A | 0 / 125
|
Yeni |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://web.archive.org/web/20041221235118/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1995.htm
- ↑ modern.az. "Əvvəlki parlament seçkilərində neçə namizəd iştirak edib?". modern.az (az.). 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ 1 2 "OSCE/UN JOINT ELECTORAL OBSERVATION MISSION IN AZERBAIJAN ON AZERBAIJAN'S 12 NOVEMBER 1995 PARLIAMENTARY ELECTION AND CONSTITUTIONAL REFERENDUM" (PDF). 2022-02-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-04.
- ↑ 1 2 elli. "Azərbaycanda seçki xronikası: "Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir"". MEYDAN.TV (az.). 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
- ↑ 1 2 3 4 5 6 7 8 modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ 1 2 modern.az. "Müstəqil Azərbaycanın qalmaqallı seçki tarixi: statistika nə deyir?". modern.az (az.). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
- ↑ 1 2 "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.