Sultanməcid Əfəndiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sultanməcid Əfəndiyev
13 dekabr 1931 – 10 iyun 1937
ƏvvəlkiQəzənfər Musabəyov
SonrakıMir Bəşir Qasımov (i. e.)
1927 – 1931
SədrSəməd ağa Ağamalıoğlu
Qəzənfər Musabəyov
bayraq
Azərbaycan K(b)P Mərkəzi Nəzarət Komissiyasının sədri
bayraq2
1924 – 1931
bayraq
Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarı
bayraq2
1922 – 1924
ƏvvəlkiBehbud ağa Şahtaxtinski
bayraq
Azərbaycan SSR xalq torpaq komissarı
bayraq2
21 may 1921 – 1922
ƏvvəlkiSəməd ağa Ağamalıoğlu
SonrakıDadaş Bünyadzadə
bayraq
Gəncə Qəza İnqilab Komitəsinin sədri
bayraq2
4 iyun 1920 –  
Əvvəlkiİbrahim Əliyev
bayraq
Gəncə quberniyasının fövqəladə komissarı
bayraq2
1920 – 1920
Şəxsi məlumatlar
Doğum tarixi 14 (26) may 1887
Doğum yeri
Vəfat tarixi 21 aprel 1938(1938-04-21)[1] (51 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sultanməcid Məcid oğlu Əfəndiyev yaxud Sultan Məcid Əfəndiyev (14 (26) may 1887, Şamaxı21 aprel 1938[1], Bakı) — həkim, ictimai xadim, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri, inqilabçı və publisist, Azərbaycanın ilk marksist düşüncəli siyasətçilərindən biri, repressiya qurbanı.

Sultanməcid Məcid oğlu 1887-ci ildə Şamaxı şəhərində tacir ailəsində anadan olmuşdur. Cavan yaşlarında Marksizm-leninizm ideologiyasına maraq salmış, 1904-cü ildən RSDFP üzvü, RSDFP Bakı Komitəsi yanında Hümmət qrupunun rəhbərlərindən biri olmuş, burada Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Nəriman Nərimanov kimi görkəmli insanlarla yaxın dostluq əlaqələri qurmuşdur.

Birinci Rus İnqilabında fəal iştirak etmiş, zəhmətkeşlər arasında təbliğat aparmışdır. İnqilabi və anti-çarizm fəaliyyətinə görə təqiblərə məruz qalmışdır. 1907-ci ilin fevral ayında Kazan şəhərinə sürgün olunmuşdur, daha sonralar burada Kazan Dövlət Universitetindən məzun olmuş həkimlik peşəsinə yiyələnmişdir. O burada da kommunist təbliğatı aparmağa davam etmiş, fəhlələr arasında inqilabi iş aparmışdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günündə yer almış və orada alovlu bir nitq söyləmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hümmətin 1917-ci ildən RSDF(b)P Bakı Komitəsinin üzvü. Fevral inqilabından sonra Bakıya qayıtmış, burada inqilabı fəaliyyətini davam etdirmişdir. 1918-ci ilin 31 mart hadisələri dövründə Əfəndiyev Jizn Nasionalisti qəzetində bu haqda məqalə çap etdirmiş, Daşnakların müəyyən bir məbləğ qarşılığında əslində kapitalistləri müdafiə etdiyini, sadəcə Müsavatçıları yox, bütün müsəlmanları qırdığını qeyd etmişdir. O Bakı Kommunasında məsul vəzifə tutan Stepan ŞaumyanAlyoşa Caparidzenin siyasi fəaliyyətini tənqid etmiş, onların özləri də bilmədən Daşnakların məhkumlarına çevrilib oyuna gəldiklərini qeyd etmişdir. Oktyabr İnqilabı sonrasında Rusiyada 1919-cu ilin avqustunda Həştərxanda dəmir polka daxil olmuş, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi bürosunun sədr müavini təyin edilmişdi. 1919-cu ilin iyunundan Milli işlər üzrə xalq komissarlığı yanında Zaqafqaziya müsəlmanları işləri üzrə komissar.

Azərbaycanda Sovet hakimiyyəti qurulundan sonra ölkəsinə gəlmişdir. 1920-ci illərin əvvəllərində hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmış əlifba islahatı sahəsində işlər yenidən canlandırıldı. 1921-ci ilin yanvar ayında Xalq Maarifi Komissarlığı yanında Əlifba İslahatı üzrə Komissiya, az sonra — 1922-ci ilin mayında Yeni Türk Əlifba Komitəsi yaradıldı. Komitənin tərkibinə isə Səməd ağa Ağamalıoğlu (sədr), Xudadad bəy Məlikaslanov, (AXC dövründə əlifba üzrə İslahat Komissiyasının sədri olmuşdur), Əhməd bəy Pepinov, Əli Tağızadə, Fərhad Ağazadə (Şərqli),Vəli Xuluflu, Teymur Hüseynov və o cümlədən Əfəndiyev daxil idi. Rəsmi yazışmalarda əski ərəb əlifbası ilə yanaşı, yeni latın qrafikalı əlifbadan da istifadəyə (oktyabr, 1923-cü il) icazə verilmişdi. 1926-cı ilin 26 fevral — 6 mart tarixlərində Bakıda çağırılmış I Beynəlxalq Türkoloji Qurultay latın qrafikalı əlifbaya keçid prosesində müstəsna rol oynadı.[2] Əlifba islahatı latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı hökumət qərarı ilə (iyul, 1928-ci il) başa çatdı. 1929-cu il yanvarın 1-dən yeni əlifbaya tam keçid rəsmən elan edildi, məktəblərdə tədrisin həmin əlifba ilə aparılmasına başlanıldı.

"Kommunist" və "Bakinski raboçi" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında isə "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialdan məlum olur ki, təntənəli yığıncağı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev açmışdır. Azərbaycan SSR maarif komissarı Məmməd Cuvarlinski məruzə ilə çıxış etmişdir. Təntənəli yığıncaqda Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərar elan edilmişdir: "SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilsin ki, Şahbazov, Məmməd CuvarlinskiƏhməd Triniç Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsunlar".

1920-ci ilin yayında Gəncə quberniyasının Fövqəladə komissarı, sonra Gəncə İnqilab Komitəsinin sədri 1921-ci ilin mayından xalq torpaq komissarı 1922-ci ildən 1924-cü ilədək Azərbaycan SSR Xalq FKİ komissarı. 1924-cü ildən AK(b)P MHK sədri. 1931-ci ildə Azərbaycan SSR MİK-in sədri seçilmişdi. 1937-ci ildə Stalin Lev Trotski ilə bağlantıya keçən, keçənlərlə əlaqə saxlayan yaxud əlaqə saxlama ehtimalı olan insanları məhv etməyə başladı. Bu dövrdə bir çox günahsız keçmiş Bolşeviklər də ləkələndi, onların arasında Əfəndiyev də var idi. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur. Sonralar 1956-cı ildə Xruşovun hakimiyyətə gəlməsiylə Əfəndiyev də bəraət almışdır. Sabunçu rayonunda və Şəki şəhərində onun adını daşıyan küçələr durmaqdadır.

Publisistikası

[redaktə | mənbəni redaktə et]

Əfəndiyev, yaxın dostu Nərimanovdan sonra Azərbaycandakı inqilabi publisistikanın ən görkəmli ikinci nümayəndəsi idi. O, Mirzə Fətəli Axundov, Nəcəf bəy VəzirovHəsən bəy Zərdabi ənənələrindən istifadə edərək, müasir dövrə uyğun və siyasi kəskinlik verilmiş şəkildə məqalələr hazırlayırdı. Partiya mətbuatında qızğın fəaliyyət göstərərək, dövrün Dəvət, Təkamül, Yoldaş, Qudok kimi bir çox fəhlə qəzetləriylə yaxın əməkdaşlıq etmişdir. Bu qəzetlərdə marksizm-leninizm, kommunizm və sosializm təbliğatı daşıyan onlarla dərin məzmunlu məqalə çap etdirmişdir. Əfəndiyevin 9 Yanvar, Avropa, rus və İran inqilabları, Bakı fəhlələri və sərmayədarlar, Öz hüqüqün uğrunda necə mübarizə aparmalısan, İşsizlər kimi məqalələrində bir çox mühüm məsələlərə toxunmuş, Çar Rusiyasının siyasətini tənqid etməkdən çekinməmiş, aydın bir üslübda dövrün problemlərini işıqlandırmışdır. Nərimanov ilə birlikde Hümmət qəzetinin redaksiyası ilə də sonralar məşğul olmağa başlayır. Əfəndiyev bu dövrdə Pravda qəzetinə istinadlar verərək məqalələr hazırlamış, tez-tez Lenin siyasəti haqqında, duma seçkilərində bolşeviklərin mövqeyi haqqında məlumatlar dərc etmiş, menşevikləri və müsavatçıları tez-tez tənqid etmişdir.

  1. 1 2 Эфендиев Султан Меджид // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 352.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]