Hüseyniyyə məscidi
Hüseyniyyə məscidi | |
---|---|
40°40′51″ şm. e. 46°21′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Hüseyn Cavid küçəsi |
Tikilmə tarixi | 1825 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 3983 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hüseyniyyə məscidi və ya Tatlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1886-cı ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
[redaktə | mənbəni redaktə et]Tarixi
[redaktə | mənbəni redaktə et]Hüseyniyyə məscidi 1886-cı ildə Gəncə şəhərinin Sofulu məhəlləsində tikilib.[1][2] Məscidin yerini Azərbaycan hakimi və Qacar taxt-tacının varisi Bəhmən Mirzə Qacarın qızı Səbiyyə xanım vəqf edib.[3] O dövrdə Gəncə və ətraf ərazilərdə yaşayan cənubi azərbaycanlılara "tat" deyilirdi.[4] Məscid üçün torpağı da Səbiyyə xanım vəqf etdiyi üçün yerli sakinlər məscidə "Tatlar" məscidi də deyiblər.[5] Məscidin kitabələrinin birində bu haqda mlumat verilib.[5] Kitabədə yazılıb:
Bu məscidin yerini, öz mülkündən, torpağından şahzadə Bəhmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikintisinə xərc çəkiblər. |
Həmid bəy Yusifbəyli 1898-ci ildə Gəncədə öz evində kitabxana yaradıb.[6][7] Həmin kitabxana 1899-cu ildə Puşkinin 100 illik yubileyi münasibətilə Hüseyniyyə məscidinin otaqlarından birinə köçürülüb.[8] Bu kitabxananın zənginləşməsində Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Kərim bəy Mehmandarov, S. A. Rüstəmbəyli, Ş. S. Şahmalıyev, Hacı Mirzə Rəfiyev, İ. L. Səyad, Y. İ. Sizenskaya və başqaları köməklik göstəriblər. Qısa müddətdə buradakı kitabların sayı 700-ü ötüb. Oxucuların sayı 1200 nəfəri keçib.[9][10]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[11] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[12] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[12][13]
Məsciddə Mərkəzləşmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı fəaliyyət göstərib.[14]
Məscidin 1303-cü (1886) ildə tikildiyi mehrabındakı kitabədə göstərilmişdir. Abidənin mehrabında hələlik yaxşı oxunan üç kitabə var. Qara yazıların yerliyi qızılı rəngdədir. cənub, qərb və Şərq istiqamətində olan divar kitabələrinin yazı tərzinin bir nəfərə məxsus olduğunu xəttin eyni qurluşa malikliyiylə müəyyənləşdirmək mümkündür. Minbərin qərb tərəfindəki kitabənin, birinci iki xətti ərəb və sonradan gələn sətirlər Azərbaycan dilindədir. Birinci və ikinci xətlərdə deyilir ki, abidənin mehrabını təbrizli müəllim, elmə qiymət verən Axund Molla Əsədulla oğlu 1321-ci (1906) ildə yazılarla bəzəmişdir. Azərbaycan dilində olan bu yazı bir bənd bu şerdən ibarətdir:
Memarlığı
[redaktə | mənbəni redaktə et]Məscidin binası qırmızı kərpic və çay daşından tikilib. Kiçik və böyük pəncərələri olan ibadətgah bir neçə otaqdan ibarətdir.
Binanın içərisində mehraba yaxın divarın qərb hissəsində nəbati ornamentlər olub. Bəzi tədqiqatçıların fikrinə görə məscidin interyerində nəbati ornamentlərin olması, pəncərələrin böyüklüyü abidənin əvvəlcə məscid kimi yox, mədrəsə, mehmanxana kimi tikildiyini düşünməyə əsas verir. Çünki Şərqdə dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi. Halbuki bu binadan uzun müddət məscid kimi istifadə edilib. Mehrabın zehlərindəki yazılar da bunu sübut edir. Abidənin mehrabı əyri çıxıb. Bu haqda məscidin minbərinin qərb tərəfində olan kitabədə Azərbaycan dilində şeir var:
Memar çox olmaqdan bənnaları ləc düşdü,
Hər kəs çəkib öz nəqşin, ta qibləsi gəc düşdü. Barmaq qədəri meyl et, sol səmtinə mehrabın, Kim, qiblə gəc olmaqdan tarixi ğəşəc düşdü. |
Şəkilləri
[redaktə | mənbəni redaktə et]-
Hüseyniyyə məscidi (XIX əsrin 2-ci yarısı)
-
Hüseyniyyə məscidi
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 173. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 140. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 65. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 141. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ 1 2 "Gəncə şəhər Hüseyniyyə (Tatlar) məscidi". sirat.az. 2022-03-16. İstifadə tarixi: 2024-10-28.
- ↑ Hacıyev, Rauf. "Araşdırma: istiqlaliyyət tariximizdə Yusifbəylilər sülaləsinin xüsusi yeri var". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2018-01-24. İstifadə tarixi: 2024-10-17.
- ↑ Muradov, Zakir. "Гянджинские истоки национальной идеи: О трех этапах политической эволюции начала XX века, приведших к созданию АДР". Каспiй. 2018-05-26. İstifadə tarixi: 2024-10-18.
- ↑ Qəhrəmanlı, Nazif. Nəsib bəy nümunəsi (az.). Bakı: Nurlan nəşriyyatı. 2008. 226.
- ↑ "Böyük nəslin böyük faciəsi: Yusifbəylilərin daha bir repressiya qurbanı". "Azadlıq"ın Araşdırmaçı Jurnalistlər Qrupu. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2012.
- ↑ Qəhrəmanlı, Nazif. Nəsib bəy nümunəsi (az.). Bakı: Nurlan nəşriyyatı. 2008. 227.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ Abdullayeva, Sevinc. "Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu". 525-ci qəzet. 2014-10-21. səh. 7. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.